Rəqsanə qızı Aysunu təbrik etdi
Bizi izləyin

Tabloid.az

Rəqsanə qızı Aysunu təbrik etdi

Rəqsanə qızı Aysunu təbrik etdi

Müğənni Rəqsanə İsmayılova bu gün ilk övladının – qızı Aysunun ad gününü qeyd edir. Tabloid.az xəbər verir ki, müğənni qızını “İnstagram” hesabında təbrik edib. O, özünün xoşbəxt ana olduğunu, ən böyük xoşbəxtliyinin isə balaları olduğunu vurğulayıb. Qızının onun dərd ortağı olduğunu, onunla birgə ağlayıb, birgə güldüyünü yazan Rəqsanə övladı ilə arasındakı mənəvi yaxınlığa məsafə uzaqlığının da mane ola bilmədiyini qeyd edib:

“Bu gün mənim qızım Aysunun ad günüdü. Qızım yaşadığım çətinlikləri, gördüyüm əziyyətləri mənimlə birgə yaşayıb. Məsafəcə məndən uzaq olsa da, həm rəfiqəm, dərd ortağım balaca Aysunum olub. Aysunumun balaca kövrək ürəyi bəlkə də mənim çəkdiklərim daşımaq üçün çox zəifdir. Buna baxmayaraq, qızım mənimlə gülüb, mənimlə ağlayıb. Əvvəlcə Aysunum, sonra Yağmurum Allahın mənə ən böyük mükafatıdır. Allahıma şükür edirəm ki, Aysunum ağıllı, düşüncəli bir övlad oldu. Çox xoşbəxt anayam. Xoşbəxtliyim isə balalarımdı”.

Rəqsanə qızını bu sözlərlə təbrik edib: “Aysunum, günəşim, ay parçam mənim! Nəfəsim, göz bəbəyim, sən mənim ən dəyərli varlığımsan, səni təbrik edirəm. Qızım, sənə həyatda xoşbəxtlərin xoşbəxti olmağı arzulayıram. Ad günün mübarək. Quzum, Allahım səni mənə verdi. Səni dünyaya gətirdiyim üçün ən şanslı anayam”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm