Elza Seyidcahan yeni şeir yazıb
Bizi izləyin

Tabloid.az

Elza Seyidcahan yeni şeir yazıb

Müğənninin şeiri birmənalı qarşılanmasa da, ifaçı fəaliyyətinə "stop" deməyi düşünmür, əksinə, ard-arda yeni şeirlərini təqdim edir.

Əməkdar artist Elza Seyidcahan 2015-ci ildə ilk şeirini təqdim edib. Müğənninin şeiri birmənalı qarşılanmasa da, ifaçı fəaliyyətin "stop" deməyi düşünmür, əksinə, ard-arda yeni şeirlərini təqdim edir.

Tabloid.az müğənninin "Oyuncaq" şeirini təqdim edir.

Oyun, oyuncaq dünya

Bu dünya bir oyuncaqdır,

İçi dolu körpələri...

Mən körpənin oyuncağı,

7 notdur.

Başqa bir şey deyil!

“Bu dünya...

Oyun oyuncaqdan başqa bir şey deyil!

Kəsmək bükmək deyil,

Vəsmə çəkmək deyil.

Görün Siz nəyədir meyil?

Baxın görün.

Giləyin məğzi,

Küləyin səbəbi?

Oyuncaqları sovurmaq!

Qarlı dağları ovutmaq!

Oyuncaqlar davasının savaşı!

Nə şirin oyuncaqmış dünya!?

Çox ağır bir oyuncaqdır...

Gücə gəlməz!

Sözə yatmaz!

Yəni sənə çox şirindir...

Bu oyuncaq xülya ?!

Ay körpə...

Ana südü, dağ çiçəyi

Verdi sənə bu dünya

Yetməzmi ?!

Dəyməz belə savaşa ki,

Körpələrin inqələri…

Oxu atdın yayı gizlətdin,

İnnələri…

İynələri saplamadan,

Naxışların nə civarı ?

Bu dünya

Oyun oyuncaqdan başqa bir şey deyil!

Oyuncaqlaradır

Feil davasının xəbəri.

Xəbər gəldi o taydan…

Yekə bir oyuncaqdan…

Oyun çıxdı nə boyda ?

Uzunluğu nə boyda!

Boydan boya düzdülər,

Düzdülər ha düzdülər…

Başqa bir şey deyil!

Bu dünya…

Oyun oyuncaqdan başqa bir şey deyil….!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm