Tabloid.az
Bu il dəbli görünmək üçün hansı çılğınlıqları etməli? – Fotolar
Baxımlı və dəbli xanım olmaq elə də asan deyil. Gərək ilin dəb trendlərini yaxından izləyib öz stilinə yaxın olanlardan faydalanasan. Hər trendlə ayaqlaşmaq olmaz. Özünə yaraşanı və gözəlliyini ön plana çıxarmağa qadir olanı seçməyi bacarmalısan.
Tabloid.az bu il ən şıq dəvətlərdə qarşınıza çıxacaq, dünya ulduzları ilə gündəmə gələcək makiyaj və saç trendlərini seçib. Bunlardan hansını özünüzə yaraşdıracağınız sizin zövqünüzdən asılıdır.
Bir-birinə yapışan kirpiklər
Bu il qeyri-adilik ön plandadır. Odur ki, hamının diqqətini çəkəcək cəsarətli addımlar atmaqdan çəkinməmək lazımdır. Ancaq bir-birinə yapışan kirpik dəbi ilə ayaqlaşmaq hər qadının cəsarət edəcəyi iş deyil. Yenə də sınaqdan keçirmək istəyənlər xüsusi tuşların sayəsində bu görüntünü əldə edə bilərlər.
İslaq saçlar
Artıq yağlı saçlarla da rahatlıqla gəzə bilərsiniz. Əbəttə, bu bir zarafatdır. İslaq saç düzümünü saç gelləri sayəsində əldə edə bilərsiniz.
Yoxa çıxmış qaşlar
Bir çox məşhur brendin dəfiləsində modellərin qaşlarının saraldıldığını yəqin ki, siz də müşahidə etmisiniz. Televiziya ulduzu Kim Kardaşyan da bir dəvətdə saraltdığı qaşları ilə diqqət çəkmişdi. Bəli bu il saçınızın rəngi qara, şabalıdı olsa belə qaşlarınızı sarıya, hətta ağ rəngə boyamaq aktual olacaq.
Ombre dodaqlar
Ötən il geyimdə və saçda ombre dəbi var idi. Bu il isə dodaq makiyajında ombrelər göz qamaşdıracaq. Bir-birinə uyğun olan dodaq boyalarınızı kombinə edərək siz də bu tip makiyajı sınaqdan keçirə bilərsiniz.
İddialı gözlər
Bu il gözləri yaşıl, qızılı, qırmızı və göy rəngə boyamaq olduqca populyarlaşacaq. Xüsusilə göy və qırmızı rənglə çəkilmiş pişik quyruğu gözlərinizi ön plana çıxaracaq.
Tabloid.az
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO