Əriştə - Resept
Bizi izləyin

Tabloid.az

Əriştə - Resept

Tabloid.az bu soyuq qış günlərində bədəninizi isidəcək əriştənin reseptini təqdim edir:

Tabloid.az bu soyuq qış günlərində bədəninizi isidəcək əriştənin reseptini təqdim edir:

İnqrediyentlər:

1 stəkan bişmiş lobya
2 ədəd baş soğan
2 xörək qaşığı əridilmiş kərə yağı
1 ədəd yumurta
1 xörək qaşığı qurudulmuş nanə
duz, istiot zövqə görə

Xəmir üçün:

1 stəkan un
1 yumurta
1/4 çay qaşığı duz
su aparanadək (ilıq su)
yuxanı yaymağa əlavə 2-3 x.q un

Hazırlanması:

Una yumurta, duz və su əlavə edib normal xəmir yoğururuq. Bir kündə olur. Kündəni un töküb nazik yuxa yayırıq. Yuxanı unlayırıq. Oxlova bükürük. Oxlovu içindən çıxardırıq. Bıçaq vasitəsi ilə nazik lentvari kəsirik.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq. Soğana yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq. Qovrulmuş soğanın üstünə təqribi olaraq 3 litr su ya da bulyon əlavə edirik. Dənə alça turşularını da yuyub yeməyə əlavə edib duzunu tökürük.

Yemək qaynamağa başlayandan 5 dəqiqə sonra lobyanı tökürük. Sonra kəsdiyimiz xəmiri yeməyə tökə-tökə qarışdırırıq.

10-15 dəqiqə qaynadıqdan sonra 1 ədəd yumurtanı çalıb tökürük. Yumurtanı tökəndə yeməyi ara vermədən qarışdırın ki, yumurta topaclanmasın incə nazik olsun. Sonra nanə qurusunu əlavə edirik.Yeməyin duzuna baxıb lazım olsa, duzunu əlavə edib istiotunu tökürük.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm