Tabloid.az
Gicitkənlə kəpəkdən xilas olun!
İnsanı daladığı üçün çoxumuzun uzaq durduğu gicitkən otu sağlamlığımızın və gözəlliyimizin qayğısına qalan ən yaxşı bitkilərdən biridir. Qansızlıqdan, böyrək daşına, romatizmdən, damar xəstəliklərinə qədər bir çox dərdin dərmanı olan gicitkən otundan gözəllik prosedurlarında da istifadə edə bilərsiniz. Təzə gicitkən otu daha faydalıdır, ancaq qurudulmuşundan da istifadə etmək olar.
Sızanaqlardan xilas olmaq, saçların tökülməsinin qarşısını almaq və onları möhkəmləndirmək üçün bu faydalı bitkini sınaqdan keçirin.
Gicitkən ən çox da kəpəkdən əziyyət çəkənlərin köməyinə gəlir. Gicitkən otu sayəsində kəpək problemindən həmişəlik qurtula bilərsiniz.
Bəs bunun üçün nə etmək lazımdır?
1-ci üsul: yarım litr təzə qaynadılmış suyun içərisinə, 5 paket gicitkən çayını əlavə edin. Qabın ağzını bağlayın və 5-10 dəqiqə dəmlənməsini gözləyin. Soyuduqdan sonra bu su ilə şampunla yuduğunuz saçlarınızı durulayın. Bu zaman saç diblərini masaj etməyi də unutmayın.
2-ci üsul: 100 qram gicitkən otunu iki litr sirkənin içərisində saxlayın. Səkkiz gün sonra süzüb əldə etdiyiniz suyla baş dərisini masaj edin. Davamlı olaraq, həftədə 2 dəfə bu proseduranı təkrarladıqda həm kəpəkdən xilas olacaqsınız, həm də saçlarınız güclənəcək.
Tabloid.az
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı