Dərini cavanlaşdıran çuğundur maskaları
Bizi izləyin

Tabloid.az

Dərini cavanlaşdıran çuğundur maskaları

Dərini cavanlaşdıran çuğundur maskaları

Çuğundur sağlamlığımızda mühüm rol oynayan tərəvəzlərdən biridir. Çuğundur yalnız sağlamlığa deyil, həm də gözəliyimizə xidmət edən əvəzsiz bitki kimi tanınır. Tabloid.az dərini cavanlaşdıran çuğundur maska reseptlərini təqdim edir:

Nəmləndirici maska

1 stəkan sürtkəcdən keçirilmiş təzə çuğundura 2 çay qaşığı bərk qaymaq əlavə edin və qarışığı üzə sürtün . 10 dəqiqədən sonra maskanı soyuq suyla yuyun.

Qidalandırıcı maska

Kiçik çuğunduru götürüb qaynadın, daha sonra təmizləyib sürtgəcdən keçirdib, 1 çay qaşığı bal və bitki yağı əlavə edərək qarışdırın. Bu qarışığı təmizlənmiş dəriyə sürtün, 20 dəqiqədən sonra maskanı ilıq suyla yuyub nəmləndirici krem vurun.

Solğun dəri

Üz dərisi solğun olanlar çuğundurun şirəsini sıxıb, bərabər nisbətdə (ölçüdə) südlə qarışdırıb, üz dərisini silmələri lazımdır. 20 dəqiqədən sonra üzü isti suyla yuyun.

Quru və solğun dəri üçün maska

Təzə çuğunduru sürtgəcdən keçirdin və bir xörək qaşığı xamayla qarışdırın . Maskanı üz, boyun və dekolte hissəsinə çəkin. 20 dəqiqə saxlayıb, isti suyla yuyun.

Kəpək və saçların köklərini bərkitmək üçün maska

Saçların köklərini bərkitmək və kəpəkdən qurtulmaq üçün həftədə 1-2 dəfə saçlar üçün çuğundur maskasını etməkdə fayda var. 2 ədəd çuğunduru sürtgəcdən keçirdin, əgər saçlarınız uzundursa onda 3-4 ədəd çuğundur götürün, saçların uzunluğuna görə kütləni saçlarınıza sürtün. Proseduranı bitirdikdən sonra polietilen papağı geyinin və başınızı dəsmalla bağlayın. 40-50 dəqiqə sonra saçlarınızı yaxşıca yuyun.
Çuğundur bişirdiyiniz suyu atmayın. Bu su saçlarınız üçün ən yaxşı yaxalayıcıdır. Həmçinin saçlarınıza parlaqlıq və dolğun görünüş bəxş edəcək.

tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm