Tabloid.az
Astroloji proqnoz - 11 yanvar
QOÇ - Bir qədər gərgin təqvim olsa da, proseslərə neytral yanaşmaqla gözlənilən təhlükələri dəf edə bilərsiniz. Saat 16-18 aralığında istənilən riskli sövdələşmələrdən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin.
BUĞA – Saat 11-13 və 16-18 arası iştirakçısı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşayiət olunduğundan bütün ciddi işlərinizi təxirə salmalısınız. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız.
ƏKİZLƏR - Ulduzlar gün boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, dostluq-yoldaşlıq da. Hətta boşluğunuz varsa, məhəbbət dəryasına da düşə bilərsiniz.
XƏRÇƏNG - İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olur. Ruh da ki sağlam olmadı, onda kosmik fərd kimi cılızlaşırsan. Həmişə başqalarını müzakirə etməkdənsə öz ideya və məramlarınızı analiz edin.
ŞİR - İlahinin verdiyi hər günə şükür edin, bədgüman olmayın. Ən azı ona görə ki, ixtiyarınızda olan təqvimdə sizi narahat edən əksər sahələrdə - qarşılıqlı münasibətlərdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz.
QIZ – Saat 15-ə qədərki müddəti səbrlə başa vursanız, qalan saatlardan xoşagəlməzlik gözləməyin. Çünki ulduzlar bu gün şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə, əzmkarlığınızı artırmağınız kifayətdir.
TƏRƏZİ - Göy qübbəsi müqəddəs ziyarətgahlarımıza baş çəkməyinizi tövsiyə edir. Dünyanı kiçik, Tanrı kəramətini böyük bilməlisiniz. Bu həyat kodunu anlasanız, ayın sonuna kimi zaman xeyrinizə işləyəcək.
ƏQRƏB - Risk etməyə lüzum yoxdur. Çünki hazırkı durumunuz ifrat əsəbiliyinizdən xəbər verir. Amma ailə-sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək.
OXATAN - Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki günün elə ilk saatlarından bu istiqamətdə uğurlarınız bol olacaq. Fikirləşin görün, İlahidən gələn missiyanız hazırkı fəaliyyətinizlə üst-üstə düşürmü?
OĞLAQ - Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Günün "ən varlı" zodiak işarəsi də məhz siz olacaqsınız.
SUTÖKƏN - Yəqin bilirsiniz ki, "hakimiyyətdə" olan Oğlaqla sizin bürcü əsasən Saturn idarə edir. Bu isə təbii olaraq sizi də qalan bürclərdən daha enerjili və daha şanslı olmağınıza dəlalət edəcək.
BALIQLAR - Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir gün düşüb. Belə ki, işlək saatlarda çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim