“Qızıl Qlobus”un qalibləri bəlli oldu - Fotolar
Bizi izləyin

Tabloid.az

“Qızıl Qlobus”un qalibləri bəlli oldu - Fotolar

“Qızıl Qlobus”un qalibləri bəlli oldu

“Qızıl Qlobus” 72-ci dəfə olaraq öz namizədlərinə təqdim olunub. Mükafatlandırma mərasimində Alehandro Qonsales İnyarrutinin “Berdman” filmi ən çox nominasiyaya təqdim olunan film kimi yadda qaldı. Belə ki, film 7 nominasiyada mübarizə aparırdı.

Bu gecə baş tutan mərasimin ən gözlənilməz qonağı isə yağış olmalı idi. Çünki proqnoza əsasən, hava dumanlı olmalı idi və yağış yağmalı idi. Lakin təbiət də deyəsən mükafata öz töhfəsini verib bir qədər sakitləşdi.

Beləliklə, tabloid.az 72-ci dəfə keçirilən “Qızıl Qlobus”un qaliblərini təqdim edir.

Ən yaxşı komediya və ya müzikl

1. “Bördmen”

2. “Otel. “Qrand Budapeşt”” (qalib)

3. “Meşəyə getdikcə”

4. “Müqəddəs Vinsent”

5. “Qürur”

Ən yaxşı dramatik aktyor

1. Ceyk Cillenhol – “Stringer”

2. Eddi Reydman – “Stiven Hokinqin dünyası” (qalib)

3. Benedikt Kamberbetç – “İmitasiya oyunları”

4. Stiv Karell – “Tülkü ovu”

5. Devid Oyelouo – “Selma”

Ən yaxşı komediya və ya müzikl aktyoru

1. Reyf Fayns – “”Otel. “Qrand Budapeşt””

2. Bill Mürrey – “Müqəddəs Vinsent”

3. Maykl Kiton – “Bördmen” (qalib)

4. Kristof Valts – “İri gözlər”

5. Hoakin Feniks – “Anadangəlmə porok”

Ən yaxşı dramatik aktrisa

1. Rozamund Payk – “Qeybə çəkilmiş”

2. Culiana Mur – “Hələ də Elis” (qalib)

3. Cennifer Eniston – “Tort”

4. Riz Uizerspun – “Vəhşi”

5. Felisiti Cons - “Stiven Hokinqin dünyası”

Ən yaxşı komediya və ya müzikl aktrisası

Emi Adams – “İri gözlər”

İkinci planda ən yaxşı aktyor

C. K. Simmons – “Vəsvəsə”

İkinci planda ən yaxşı aktrisa

Patrisiya Arkett – “Yetkinlik”

Ən yaxşı rejissor

Riçard Linkeyter – “Yetkinlik”

Ən yaxşı ssenari

“Bördmen”

Ən yaxşı əcnəbi film

“Leviafan”

Ən yaxşı animasiya filmi

“Əjdahanı necə əhilləşdirməli 2”

Ən yaxşı mahnı

Glory – “Selma”

Ən yaxşı musiqi

“Stiven Hokinqin dünyası”

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm