Türkiyəli rejissor Azərbaycanda güclü ssenarist axtarır
Bizi izləyin

Tabloid.az

Türkiyəli rejissor Azərbaycanda güclü ssenarist axtarır

“Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam”.

Türkiyənin tanınmış rejissoru Engin Öztürk Azərbaycanla ortaq serial və filmlər çəkəcək. Tabloid.az xəbər verir ki, rejissor ilk növbədə ortaq bir sevgi hekayətindən bəhs edən film çəkmək istəyir:

“Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam”.

Rejissorun sözlərinə görə, ssenari müəllifini tapmaq elə də asan olmayacaq: “Türkiyə Amerikadan sonra film sahəsində 2-ci yerdədir. Təəssüf ki, Azərbaycan bu baxımdan zəifdir. Rejissor bunun səbəbinin yanlış ssenarilər olduğu qənaətindədir”.

E. Öztürk hazırda Türkiyədə reytinq sıralamasında ilk yerləri tutan “Güllərin savaşı” serialı haqqında da danışıb. Rejissor serialda sürpriz olacağını vurğulayıb.

Qeyd edək ki, 2 gün Bakıda qonaq olan E. Öztürk hava limanından birbaşa Şəhidlər Xiyabanını və Türk Şəhidlərinin Xatirə Abidəsini ziyarət etməyə yollanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm