Əlləri bəzəyən yeni bilərzik dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Əlləri bəzəyən yeni bilərzik dəbi - Fotolar

Əlləri bəzəyən yeni bilərzik dəbi

2014-cü ilin aksessuar dəbi olduqca fərqli modellərlə ön plana çıxır. Tabloid.az xarici mətbuata istinadən xəbər verir ki, qadınların bir-birindən fərqli aksessuarlara diqqət göstərdiyi bir vaxtda xüsusilə qola taxılan deyil, əlin üstünü örtən bilərziklər daha çox populyarlıq qazanıb. Cari ildə palm cuff bilərziklərin daha çox diqqət çəkdiyini müşahidə edirik. Bəs palm cuff nədir? Palm cuff bəzi yerlərdə əl qolbağı, bəzi yerlərdə isə əl üstü bilərziyi kimi tanınır. Onlar sadə libası iddialı göstərmək üçün çox qəşəng bilərziklərdir.

Palm cuff bilərziklər əsasən əlin üstünə taxılır və olduqca tərz görünür. Palm cuff əslində Hollivuddan ölkəmizə keçid edən bir trenddir. Ancaq 2015-ci ilin dəb trendlərinə nəzərə alsaq, iddialı aksessuarın daha da populyarlaşdığını müşahidə edərik.

Aksessuar istifadə etməyi sevirsinizsə, xüsusilə də əllərinizin qəşəng görünməyini istəyirsinizsə, palm cuff dəbi tam sizə görədir. Fərqli dizayna malik əl üstü bilərziklərin öz zövqünüzə uyğun modellərini seçərək gecə dəvətlərinin seçilən qadını olmaq imkanını qazanmış olarsınız.

Palm cuff dəbi yalnız gecə həyatı üçün deyil, dizaynerlər gündüz stili üçün də bir-birindən fərqli və qəşəng modellər təklif edirlər. Aksessuar istifadə etməyi sevən xanımlar gün keçdikcə müxtəlif əl bilərziklərini daha çox sevir. Əl üstü bilərzikləri xüsusilə üzüklərlə kombinə edərək fərqli bir stil yaratmaq olar. Ancaq daha sadə görünmək istəyirsinizsə, qara rəngli əl üstü bilərziklərə üstünlük verin.

Tabloid.az-ın fotoqalereyasına salmağı unutmayın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm