“Zaur, bəsdir arvadını reklam eləmə” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Zaur, bəsdir arvadını reklam eləmə” - Fotolar

Sosial şəbəkənin ən sevilən cütlüyü

ATV telekanalının sevilən cütlüyü Zaur və Günay Baxşəliyevlər sosial şəbəkədə çox sevilirlər. Onların paylaşdığı fotolar çox bəyənilir, hər bir statuslarına xeyli sayda şərh yazılır. Amma cütlüyün bütün addımları heç də həmişə bəyənilmir. Zaurun həyat yoldaşı Günayla qucaqlaşıb şəkillər paylamasından narazı qalanlar, Zauru buna görə qınayanlar da az deyil.

Məsələn, ötən gün Zaur yenidən qınaq obyektinə çevrilib. Onun izləyicilərinin ümumi narazılığı belədir:

"Ay Zaur bəsdir də, Günayı bu qədər reklam eləmə. Başa düşdük də, həyat yoldaşındır, çox sevirsən. Səni çox istəyirəm. Amma bu hərəkətin heç xoşuma gəlmir. Sev ey, o sənin ailəndir, amma efirdə bunu qabartmaq ayıbdır. Sənə qurban olum, dünya buna baxır ey sizə, efirdəsiniz deyə nə bilirsiniz onu da edirsiniz...."

Tabloid.az cütlüyün son fotolarını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm