Tabloid.az
Dünyanın ən varlı gözəlinin 41 yaşı tamam olur - Fotolar
Bu gün dünyanın ən varlı modellərindən biri Keyt Mossun 41 yaşı tamam olur. Yaşıdları çoxdan pensiyaya çıxsa da, o, hələ də modellik karyerasını inadla davam etdirir. Yaşı ilə əlaqədar fiziki qüsurları çox olsa da, stil ikonu olmasını çoxları təsdiqləyir.Tabloid.az hələ də cazibədar görünüşünü qoruyan supermodelin gözəllik sirləri və dəb hiylələri haqqında maraqlı məlumatları təqdim edir:
Modelin gözəllik ikonları arasında Elizabet Taylor, Anita Pallenberq, Marian Faitful və Jan Birkin var. K.Moss Rocken Roll stilində geyinən qadınları çox bəyənir. Köhnə geyimlərini isə qızı üçün saxladığını bildirsə də, özünün də həmin geyimləri nə vaxtsa, geyinmək arzusu qalır.
Qış boyu qalın yun köynəklərdə gəzməyi sevən model, yazda, azacıq küləkdə belə nazik jaketlərini və sviterlərini kürəyindən əskik etmir.
Ən çox peşman olduğu gözəllik xətası isə saçlarını kəsdirməsi olub.
Keytin makiyajla bağlı maraqlı fikirləri var. O, qızına makiyaj etməyi qadağan edib. Ümumiyyətlə, gənc qızların dərisini tonal krem çəkməklə korlamasını qəbul etmir.
Özünün makiyajında da üstünlük verdikləri başqalarından
fərqlənir. Məsələn, model, dodaqlarını boyayarkən parladıcı yerinə
pomada istifadə etməyi xoşlayır: “Pomada çəkdikdən sonra özümü daha
cazibədar hiss edirəm. Gün ərzində bej tonlarında, gecə isə qırmızı
pomada ilə dodaqlarımı boyamaqdan zövq alıram”.
Adətən, sadə göz makiyajından bəhrələnən Keyt gecə ziyafətlərində
dumanlı göz makiyajına üstünlük verir. Gözəlliyini təbii üsullarla
hazırlanan kosmetika məhsulları ilə qoruyur. Aloe vera ekstraktı və
lavanda tərkibli şampunlardan istifadə edir. Keytin fikrincə, bitki
tərkibli şampunlar onun saçını tamamilə dəyişdirib və
sağlamlaşdırıb. Özəl gecələrdə isə Ceyms Broun adlı saç ustasının
əl işinə arxalanır.
Modelin göstərişli tərzinə baxıb ağır qoxulu parfumlərdən xoşlandığını düşünürsünüzsə, yanılırsınız. Xəfif və yüngül qoxulara yönələn Moss son zamanlar nostalji hisslər aşılayan “Bluebel” adlı parfum istifadə edir.
Modelin kokain, siqaret, alkoqol kimi zərərli vərdişlərə mübtəla olması isə onu sevənləri çox kədərləndirir. Təəssüf ki, ulduz həyatının pis cəhətləri modeldən də yan keçməyib...
Keyt Moss tətbiqi çox sadə olan, uzun təriflər tələb etməyən bir gözəllik ritualına əməl edir. “Stilist” jurnalına verdiyi müsahibədən məlum olur ki, üzünü buz kimi su ilə yuyur. Bu üsul öz təsirini tez bir zamanda göstərir. Buz kimi soyuq su dərini canlandırır və möhkəmləndirir. İdeal dəriyə sahib olmaq üçün duzlu qidalardan imtina edib. Hər gün üzünü nəmləndirici kremlərlə masaj edir.
Modelin maraqlı fikirləri
Əgər iş gözəllikdə olsaydı, onda mən heç zaman model olmazdım. Axı, çoxları məni gözəl hesab etmirlər. Lakin "dişi cavanar" baxışım məni məşhurlaşdırdı. Gənclikdə hədsiz utancaq idim və bu baxışlarımda hiss olunurdu. Sonradan dəyişdirdiyim baxışlarm mənə milyon dollarlar gətirir.
Uğurun sirrinə gəlincə, Keyt deyir: "İnsanlar elə düşünürlər ki, uğur ancaq gözəl simadan asıldır. Lakin bu, düşünüldüyü qədər asan deyil. Sizi çeynəyəcək və üzünüzə tüpürəcəklər. Siz hər şeyi öz əlinizə alıb bu oyunda qalmağı bacarmalısınız".
Öz stili olmasına istəyənlərə məsləhəti belədir: "Öz stilini tapmaq üçün 50 milyon dollar lazım deyil. 5 dollar kifayətdir".
Supermodelin ideal kişilərlə bağlı fikirləri də maraqlıdır. O, hesab edir ki, ideal kişi içmir, çəkmir, qumar oynamır, mübahisə etmir, xəyanət etmir və sadəcə mövcud deyil. O, deyir: "Hər şeyin köhnəsi daha çox xoşuma gəlir. Kişiləri çıxmaq şərti ilə"...
-
MDB07:35
Putinin illik böyük mətbuat konfransına hazırlıq - Süni intellektdən istifadə olunacaq
-
Magazin207:15
Tom Kruzdan qızı ilə bağlı gözlənilməz addım - 30 yaşı tamam olanda...
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar