Tabloid.az
İradə:“Türkiyə radioları mahnılarımı qəbul etmir”
Türkiyədə ailə qurub orada yaşayan müğənni İradə İbrahimova Türkiyədə ona göstərilən münasibət haqqında danışıb. Tabloid.az xəbər verir ki, “Günüzü” verilişinin qonağı olan ifaçı mahnılarını orada tanıtmaqda çətinliklə qarşılaşıb.
“Tanınan bir insan üçün başqa bir ölkəyə gedib və hər şeyə sıfırdan başlamaq asan deyil. Baza olsa da, sən həmin ölkə dinləyicisi üçün “no name” - adsız hesab edilirsən. Yəni, səni heç kəs tanımır. Mahnılarım hazır olduqdan sonra oranın radiolarına təqdim etdim. Radio rəhbərləri ilə də görüşdük. Amma heç biri qəbul etmədi ki, birinci filan yerdə səslənsin sonra mən səsləndirim. Onlar belə şeydə riskə getməyi sevmirlər. Orada pul söhbəti də yoxdur. Gözəl mahnıdırsa, internetdə partlayacaq və sonra özləri səni axtarıb tapacaq.”
İradə İbrahimova tanınmış müğənnilərin digər ölkədə sıfırdan başlamasını düzgün hesab etmir.
“Ayrı bir ölkədə tanınmaq sıfırdan başlayan ifaçı üçün daha yaxşıdır. Həm də onların belə bir sualı var, hətta məndən belə soruşurlar ki, niyə durub Azərbaycandan bura gəlirsiniz? Əgər məqsəd pul qazanmaqdırsa, Azərbaycanda daha çox pul qazanmaq olur. Təsəvvür edin ki, türkiyəli müğənniləri mahnı ifa edərkən, Azərbaycan bazarını da düşünüb oxuyurlar. Amma bizimkilər özlərini öldürür ki, ora getsinlər. Düşünürəm ki, bizim kimi tanınmış müğənnilər Türkiyədə yalnız verilişlərdə qonaq ola bilər. Onların studiyalarından, texnikalarından, aranjemançılarından istifadə edə bilərik. Əgər mahnı orada sevilsə, bu, artıq müğənninin üstünlüyü olacaq”.
Tabloid.az
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO