Soyuq havada idmanın zərərləri və faydaları
Bizi izləyin

Tabloid.az

Soyuq havada idmanın zərərləri və faydaları

Soyuq havada idman etmək olarmı?

Ürək-damar xəstəliklərinə tutulma riski olan şəxslər sağlamlıqlarına ilin hər mövsümündə fikir verməlidir. Çünki sərt külək və soyuq havalar infarkta səbəb ola bilər. Həmin insanlar qış mövsümündə idmanla az məşğul olmalı, depressiyadan və stressdən uzaq olmalıdırlar. Daha çox böyük yaş qrupunda olanlar buna xüsusi fikir verməlidir.

Soyuq hava, şiddətli külək, qar və yağış bədən istiliyini aşağı salır. Xüsusilə sərt külək bədən səthindəki isti hava layının uzaqlaşmasına səbəb olaraq "hypothermia" riskini qar və yağışa görə daha çox artırır. Bunun nəticəsində ürək bədən istiliyini qorumaq üçün daha çox qan nəql edir. Bədən istiliyini qorumağa çalışarkən ürəyin iş yükü artır, bunun nəticəsində də ürək-damar xəstəliyi olan şəxslərdə infarktın inkişafı üçün münbit zəmin yaranır. Gün ərzində istilik 5 dərəcədən çox düşdükdə risk artır.

Soyuq hava qan damarlarının daralmasına və qan təzyiqinin artmasına səbəb olur. Əgər adam yüksək təzyiqdən əziyyət çəkirsə, bu vəziyyət qan təzyiqinin təhlükəli həddə yüksəlməsinə səbəb olur.
Fransada aparılan bir tədqiqat nəticəsində istilik 4 dərəcədən aşağı olduqda təzyiq 140/90 mm Hg-dən yüksək olur və infarkt riski 2 qat artdığı məlum olub.

Mütəxəssislər bildirirlər ki, təzyiq xəstələrində 5 dərəcədən çox olan enmə də infarkta şərait yaradır. Soyuq hava ürək divarı və stress səviyyəsinin artmasına təsir edir. Başqa sözlə, qan laxtalanmasına səbəb olur. Bunun nəticəsində infarkt ola bilər. Həmçinin tənəffüs sistemi infeksiyalarının artmasına səbəb olaraq ürəyin iş yükünü artırır və infarktın meydana gəlməsini asanlaşdırır. Bunun üçün soyuq havalarda mümkün qədər az qalmaq lazımdır. Soyuq havalarda ən əhəmiyyətli istilik itkisi baş və əllərdə olur. Bunun üçün də çöldə idman etdikdə bir neçə qatdan ibarət paltar geyinin.

İsinmək üçün spirtli içki qəbulundan uzaq durun. Spirt dəri damarlarında genişlənməyə səbəb olaraq istilik itkisini asanlaşdırır və qanın həyati orqanlara dövranını azaldır. Həftədə ən az 3 dəfə məşq etməyə üstünlük verin. Həkimlə məsləhətləşmək də lazımdır. Məşqlərə başladıqda mütləq 10-15 dəqiqə isinmək vacibdir. Məşqlər yaşa uyğun olmalı və 15-30 dəqiqə çəkməlidir. Məşqdən sonra 5-10 dəqiqə boşalma hərəkətləri etmək də lazımdır.

Məşqin əvvəlində çay, qəhvə, siqaret və kofeinli içkilərdən uzaq durmaq məsləhətdir. İtirilən mayeni bərpa etmək və qan axımında problemləri önləmək üçün idmandan əvvəl də, sonra da bol miqdarda su içmək faydalıdır.

Ürək çatışmazlığı kimi xroniki xəstəliyi olanlar hər il peyvənd etdirə bilərlər. Bu məsələdə siqaret kimi zərərli risk faktorlarını tərgitmək lazımdır. Bu həm sağlamlığa, həm də idmana faydalıdır.

Bütün bunlardan başqa qış idmanın müsbət tərəfləri də var. Belə ki, ruh halınızı yaxşı istiqamətdə dəyişdirir. Yay aylarındakı ağır havadan daha çox qışın rahatlaşdıran, yüngül havası var. Orqanizm isinmək üçün çalışdıqca endorfin hormonu ifraz edir. Bu da xoşbəxt olmağa, özünüzü yaxşı hiss etməyə səbəb olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm