Xanımlara ən çox yaraşan midi ətək dəbi - Fotolar
Bizi izləyin

Tabloid.az

Xanımlara ən çox yaraşan midi ətək dəbi - Fotolar

Qışın midi ətək dəbi - Fotolar

Qadına ətək çox yaraşır! Bunu bir çox yazılarımda xüsusilə qeyd edirəm. Ancaq ətəklər də o qədər müxtəlif və gözəldir ki, hansını seçəcəyini bilmirsən...

Mini ətəklər cəsarətli olmağı və gözəl ayaqlara sahib olmağı tələb edir, maksi ətəklər hər bir qadın üçün idealdır. Lakin orta boy deyilən midi ətək modelləri də var. Adətən, diz ilə baldır arasında bitən midi ətəklər də maksi ətəyin rahatlığını və mini ətəyin zərifliyini bir arada təqdim edir.

Artıq bir neçə mövsümüdür ki, retro üslubu dəb dünyasında öz nüfuzunu qoruyur. İndi retro stilinə xas olan midi yubkalar çox aktualdır. 1940 və 60-cı illərdə dəbdə olan bu ətəklər qış mövsümünə də öz damğasını vurub.

Dəb tarixinə nəzər salsaq görərik ki, orta uzunluqda olan ətəklər artıq 40-cı illərdən dəbdə olsa da, onlar yalnız 70-ci illərdə məşhurluq əldə ediblər. Nəticədə dizaynerlər ətəklərin fasonları ilə oynayaraq midi ətək modellərinin ən müxtəlif variantlarını təklif etməyə başlayıblar. Mini ətəkdən uzun, maksi ətəkdən isə qısa olduğuna görə onu "midi" adlanır. Bu ətəklərin ən məşhur fasonları qələm və klyoşdur. Midi ətəklərin qırçınlı, büzməli fasonlara da hər zaman müraciət olunub .

Dəri ətəklər yeni mövsümdə midi formada çox dəbli görünürlər. Süni dərilərdən tikilən yubkalar gözəl alternativdir. Bunun üçün ən uğurlu variant “karandaş” formasında olan dəri ətəklərdir. Belə ətəkləri trikotaj sviterlər və ya birrəngli köynəklərlə geyinmək məsləhətdir. Qara dəri midi yubkalar qarderobunuzun ən sevimli parçalarından biri olacaq.

Ofis stilində olan qələm ətəklər də bu mövsüm bir az daha uzun və daha cəsarətlidir. Dekorativ aksentlər kimi uzun kəsiklərdən istifadə olunub.

Qış aylarında midi ətəklər xüsusən uzun çəkmələrlə, bleyzerlərlə və dəri gödəkcələrlə çox gözəl qalır. Ətəyin çəkmələri örtməsinə xüsusi fikir verin. Çünki çəkmə və ətək boyu fərqli yerlərdə bitərsə, boyunuzun qısa görünməsinə səbəb ola bilər.

Midi yubakaların beli yüksək olduğu üçün qısa toplarla yaxşı yola gedirlər. Eyni zamanda, qısa pencəkləri də midi ətəklərlə birləşdirə bilərsiniz.

Midi yubka geyindiyiniz zaman bədəninizin ən incə yerinə diqqət çəkərək şıqlığınızı daha yaxşı sərgiləmiş olarsınız. Belinizi yubkanıza yaraşan şıq bir kəmərlə vurğulayın.

Balerina yubkaları dəb dünyasında artıq özünə yer etməyə başlayıb. Zərif stiletto ilə üslubunuzu tamamlaya bilərsiniz.

Büzməli və qırçınlı yubkalar xanımların romantik obraza bürünməsinə kömək edir. Bu, son dövrlərin ən dəbli yubka modellərindəndir.

Çiçək motivləri və dama-dama naxışlar artıq ardıcıl olaraq bir neçə mövsümdür ki, ən dəbli motiv sayılır. Qış olmasına baxmayaraq, dizaynerlər təmtəraqlı çiçək və ya rəngli kvadrat naxışlı modellərə üstünlük verməyi təklif edirlər. Əgər siz belə ətək modeli əldə etməyə qərar verdinizsə, o zaman onu birrəngli köynək və ya nazik jaket ilə geyinməyi məsləhət görürük. Belə ətəkləri pastel çalarlarında olan sviterlər və ya qara tvid jaket ilə uyğunlaşdırmaq daha yaxşıdır.

Birrəngli ətəklər də çox məşhurdur. İlk növbədə mövsüm rənglərinə üstünlük verin. Bundan başqa dizaynerlər göy və bej rəngin bütün çalarlarına diqqət etməyi məsləhət görürlər.

Midi ətəklər daha çox kimlərə yaraşır?

Əgər sizin boyunuz qısadırsa, bu zaman dizdən bir az aşağı modellərə üstünlük verin. Boyunuz nə qədər hündür olarsa, bir o qədər uzun midi ətəklər seçə bilərsiniz.

Əgər budlarınız və ombanız doludursa, bu zaman midi ətəklərdən uzaq dursanız yaxşıdır, çünki o yalnız sizin köklüyünüzü vurğulayacaq. Yəni, balaca və olduğunuzdan daha kök görünəcəksiniz.

Sözügedən ətək modelinin ən müsbət cəhəti odur ki, ayaqların bir çox qadının şikayətçi olduğu qalın hissələrini örtür. Lakin balaca boylu xanımların midi ətəkləri dikdaban ayaqqabısız geyinməsi məsləhət görülmür.

Boyunuz uzun deyilsə, midi yubkaları dikdaban ayaqqabı ilə geyinməlisiniz. Əks halda, midi ətək ayaqlarınızı daha qısa göstərəcək. Buna mane olmaqdan ötrü dikdaban ayaqqabıların köməyindən istifadə etməlisiniz. Ət rəngi ayaqqabılarla midi yubkaların sintezini nəzərə almaq lazımdır. Əgər yastı daban ayaqqabı geyinmək istəyirsinizə, yenə ət rəngi və iti uclu modellərə üstünlük verməlisiniz.

Midi yubkalarla alçaq boylu görünmək istəmirsinizsə, üzərinə geyindiyiniz bluzu yubkanın altına salın.

Aşağıda bir çox fərqli rəngdə və tərzdə midi ətək kombinləri görəcəksiniz. Mavi, ağ, qırmızı, bənövşəyi, yaşıl, sarı və göy, həmçinin naxışlı midi ətəklər bütün brendlərin kolleksiyasında yer alıb.

Qeyd edim ki, dabanlı ayaqqabılar və midi ətəklər Christian Diorun yaradıcısı olduğu "new loook" axınının da kilid hissələridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm