Tabloid.az
Göy qutabı - Resept
Tabloid.az göy qutabının reseptini təqdim edir:
İnqrediyentlər:
Un – 1 kq
Yumurta – 1 ədəd
Su – 2 stəkan
Duz – zövqə görə
İçi:
keşniş, şüyüd, kərəviz, turşəng –hərəsindən 1 dəstə
Kərə yağı – 1 xörək qaşığı
Baş soğan – 1 baş
Duz, istiot – zövqə görə
Nar - 1-2 ədəd
Hazırlanması:
Un, yumurta, su, duzdan bərk xəmir yoğurun, üstünü dəsmalla örtüb saxlayın.
İç hazırlamaq üçün baş soğan soyulur, azca duzlanır və yağda pörtlədilir, göyərti yuyulur, qurulanır və xırda-xırda doğranır, göyərti ilə soğança qarışdırılır. Sonra xəmirdən diametri 5 sm olan kündələr tutulur və onlardan diametri 15 sm olan nazik lavaşlar yayılır. Onun bir tərəfinə göyərtidən olan iç qoyulur, üzərinə nar dənəsi səpilir və ikinci tərəfi onun üstünə qatlanıb qıraqları bağlanır. Sonra isti sacın üstündə hər iki tərəfdən qızardılır və üstünə kərə yağı çəkilib üst-üstə nimçəyə yığılır.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş