Tabloid.az
Qadınların otu sayılan nanənin faydaları
Nanə çox zəngin kimyəvi tərkibə malikdir. Onun tərkibində B qrupu, C. PP vitaminləri, makro- və mikroelementlər, efir yağları və s. faydalı maddələr var. Nanə həm xalq, həm də ənənəvi təbabətdə geniş istifadə olunur. Bu bitkinin əsasında müxtəlif sakitləşdirici, spazmolitik, köpəleyhinə dərman preparatları hazırlanır.
Nanə çox təsirli sakitləşdirici vasitədir. Məhz bu səbəbdən əczaçılar onu uşaqlar və böyüklər üçün olan müxtəlif sakitləşdirici vasitələrin tərkibinə daxil edirlər. Nanə əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirir, yuxunu normallaşdırır, baş ağrılarını ardan qaldırır, arterial təzyiqi aşağı salır. Baş ağrısını azaldmaq üçün gıcgahlarınızı nanənin efir yağında isladılmış pambıqla sürtün.
Yuxusuzluqdan əziyyət çəkən insanlar hər axşam yatmazdan əvvəl nanə çayı içə bilərlər (1 çay qaşığı quru və ya 1 xörək qaşığı təzə nanə yarpaqları + 1 stəkan qaynar su). 1 çay qaşığı bal da əlavə etmək olar. Bal çayın təsirini daha da artıracaq.
Nanə antioksidant sayəsində dərini qoruyur və xərçəng riskini azaldır. Stressi azaldır və baş ağrıları ilə mübarizə aparır. Həmçinin ana südünü artırır. Mədə üçün çox faydalı olan nanə, bağırsaq qurdlarının düşməsinə kömək edir. Nanə diş ağrısı və ağız bakteriyaları ilə mübarizədə bir nömrəli vasitədir. Ürəkbulanmanın qarşısını alır.
Astma, bronxit, həzm sistemi kimi problemləri aradan qaldırmaqla yanaşı, sinirləri sakitləşdirir və bədəni rahatladır.
Nanə həzm sistemi üçün də çox faydalıdır. Nanə köplə yaxşı mübarizə aparır və bu səbəbdən körpələr üçün olan bir çox köpəleyhinə preparatların tərkibinə daxildir. Bundan əlavə nanə mədə şirəsinin və ağız suyunun ifrazını stimullaşdırır, həzm prosesləri yaxşılaşdırır, ödqovucu təsirinə malikdir.
Mikrobəleyhinə təsirinə malik olan nanə mədə-bağırsaq sistemində yaşayan ziyanlı mikroorqanizmlərlə mübarizə aparır. Nanə ishal zamanı da kömək edir.
Ürəkbulanması zamanı nanə ilə konfetlər və ya nanə dəmləməsi çox yaxşı kömək edir.
Fitonsidlərlə zəngin olan nanə antiseptik, mikrob və iltihabəleyhinə təsirlərinə malikdir. Soyuqdəymə zamanı nanə çayı qəbul edin. Nanə efir yağı ilə inhalyasiyalar zökəm, öskürək, bronxit zamanı yaxşı kömək edir. Bunun üçün enli qaba qaynar su töküb içinə 3-5 damcı nanə efir yağını damızdırın. Buxarla 5 dəqiqə ərzində dərin nəfəs alın. Diqqətli olun ki, selikli qişalar yanmasın.
Ağız boşluğu və damaqlar iltihabları zamanı ağız boşluğunuzu nanə dəmləməsi ilə tez-tez qarqara edin.
Nanə qadın otu sayılır. Nanə dəmləməsi menstruasiyadan əvvəl və menstruasiya zamanı qadınları narahat edən ağrıları və spazmları azaldır, klimaks zamanı qadınlara kömək edir.
Nanə kosmetologiyada da geniş istifadə olunur. Nanə dəmləməsi ilə olan isti və soyuq kompreslərin növbələşməsi üz dərisini daha elastik edir, cavanlaşdırır. Bunun üçün pambıq salfeti əvvəl isti dəmləmədə isladın və 2-3 dəqiqə ərzində üzünüzdə saxlayın, daha sonra isə soyuq dəmləmədə saxlayın və yenə də 2-3 dəiqiqə ərzində üzünüdə saxlayın. Bunu 2-3 dəfə edin (axırıncı soyuq kompres olmalıdır).
Nanə dəmləməsi üz dərisində olan iltihabları azaldır.
Nanə dəmləmələri saçlar üçün də çox xeyirlidir. Saçlarınızı yuduqdan sonra yaxşı süzülmüş nanə dəmləməsi ilə yaxalayın və qurudun.
Dərinin təzələnməsində də nanə losyonu əvəzsizdir. 2 xörək qaşığı nanə üzərinə 400 milliqram soyuq su töküb, 10 dəqiqə qaynadın. Soyuduqdan sonra üzərinə bir neçə damcı limon əlavə edin və bununla hər gecə yatmazdan əvvəl dərinizi təmizləyin.
Nanə suyu ayaqlarda göbələk kimi infeksion xəstəliklərin də qarşısını alır.
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”