Ağız gigiyenası üçün məsləhətlər
Bizi izləyin

Tabloid.az

Ağız gigiyenası üçün məsləhətlər

Ağız gigiyenası

Tabloid.az ağız gigiyenası üçün dəyərli məsləhətləri təqdim edir:

1. Diş çürüməsi bir neçə ay sürən prosses olduğu üçün, diş həkiminə getmək üçün dişlərin ağrımasını gözləməyin. İldə iki dəfə heç bir şikayət olmasa belə diş həkimi müayinəsində olmaq lazımdır.

2. Uşaqlıq dövründəki qidalanma keyfiyyəti dişlərin sağlamlığında böyük rol oynayır. Kalsium, fosfor, flüor mineralları yetəri miqdarda qəbul edilməlidir. Dişəti və diş sağlamlığı üçün vacib olan C,A və D vitamini azlığı olmamalıdır. Süd, süd məhsulları və təzə meyvələr xüsusilə yararlıdır.

3. Daima yumşaq qidalar yeməkdən qaçmaq lazımdır. Kök, alma kimi bərk qidaları dişləyərək yemək diş sağlamlığı üçün gərəklidir.

4. Şirniyyat yedikdən sonra ağız su ilə yaxalanmalıdır. Kola, qazlı sulardan az istifadə etmək lazımdır.

5. Hər axşam yatmazdan əvvəl və yeməklərdən sonra dişlər qaydasına uyğun fırçalanmalıdır.

6. Dişlər diş çöpü də daxil olmaqla heç nə ilə qurcalanmamalıdır. Diş aralarında qalan qida qalıqlarını diş sapları ilə təmizləmək mümkündür.

7. Siqaret və alkoqol diş sağlamlığı üçün çox zərərlidir.

8. Qoz və fındıq dişlərin köməkliyi ilə sındırılmamalıdır.

9. Çox soyuq və çox isti qidalardan və içkilərdən uzaq durulmalıdır.

10. Diş həkimi məsləhət görmədikcə diş çəkilməməlidir.

11. Uşaqlara 2 yaşından sonra rezin əmzik verilməməlidir.

12. Ağzıaçıq yatmaq dişlərə zərərli olduğundan burun tıxanıqlığının səbəbləri araşdırılmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm