Tabloid.az
Tarixin unutmadığı hərbçi qadınlar – Fotolar
Tarix boyu kişilərdən fərqlənmədən onlarla çiyin-çiyinə vuruşan qadınların sayı az olmayıb. Öz şücaəti ilə vuruşan və tarixin unutmadığı hərbçi qadınları təqdim edirik.
Roza Şanina ( II Dünya müharibəsi)
Roza Şanina Arxangelsk bölgəsində anadan olub. Müharibə başlayana qədər o, uşaq bağçasında çalışıb. 1943-cü ilin yayında Rozanın qardaşları cəbhədə həlak olduqdan sonra o, snayper məktəbinə yazıldı. Roza dəqiq atəş açması ilə fərqlənirdi. Yarım il hazırlıqdan sonra Roza cəbhəyə aparıldı. Müharibə illərində Rozaya “Şərqi Prusiyanın gözəgörünməz dəhşəti” ləqəbi verildi. O, Şərəf ordeninə layiq görülən ilk snayperçi qadındır.
Poza 1945-ci ilin yanvarında yaralı artilleriya komandirini qoruyarkən həlak oldu. Rəsmi hesablamalara görə, o, 59 düşməni məhv etmişdi.
Edit Kevell ( I Dünya müharibəsi)
EditKevellbritaniyalı tibb bacısı idi və Brüsseldə Qırmızı Xaç Cəmiyyətində çalışırdı. Bu vaxt Belçika alman hərbiçilərinin işğalı altında idi. Edit 200-dən çox əsgəri yaralı adı ilə gizlədərək, onların neytral ölkə olan Hollandiyaya qaçmasına yardım edib.
Tezliklə onun hərəkətləri almanlarda şübhə doğurdu. Kevell həbs olunaraq güllələndi.
Cinni və Lotti Mun (ABŞ vətəndaş müharibəsi)
Cinni və Lottiadlı qızlar Mun Ohayo ştatından olan casuslar idilər. Qızlar yerli cəmiyyətdə məşhur idilər və onlar aktrisa olmağı arzu edirdilər. Elə bu bacarıqlarına görə, qızlardan biri – Lottiqoca qarı kimi qrimlənərək vətəndaş müharibəsi illərində lazımi məktubları generala çatdırardı. Bir neçə il ərzində qızlar aktyorluq məharətindən istifadə edərək təhlükəli tapşırıqları yerinə yetirmişdilər.
Emili Qeyqer (Amerika müstəqillik müharibəsi)
İsveçrə sakini olan Emili ABŞ-a köçən mühacirlərdən idi. Birləşmiş Ştatlarda müharibə başlayan kimi o, hərbi kuryer qismində müxtəlif missiya və tapşırıqları yerinə yetirirdi. Emili cəbhədən keçərək məxfi məlumatları generala aparan zaman rəqib partiyanın tərəfdaşları tərəfindən əsir alındı. Lakin o, məktubu vaxtında çeynəyib udaraq canını qurtara bildi. Üstəlik, qız məktubda yazılanları əzbər bildiyi üçün bütün məlumatları dəqiqliyi ilə generala çatdıra bilmişdi.
Mari Marvinqt ( I Dünya müharibəsi)
Fransız əsilli Mari müharibə illərində kişi kimi
geyinərək piyada alayına qoşuldu. O, sonralar tibb bacısı kimi də
işlədi.
Mari tarixdə ilk bombardmançı pilot qadınlardan biridir.
Konstansiya Markeviç (İrlandiya müstəqillik müharibəsi)
Qrafinya Konstansiya Markeviç İrlandiya parlamentində əsas şəxslərdən olmaqla yanaşı, dünyada ilk qadın nazir idi. O, İrlandiya müstəqillik müharibəsində də iştirak etmişdi.
Mariya Gertrudis Bokaneqra (Meksika müstəqillik müharibəsi)
Mariya imkanlı ailədə böyüməsinə baxmayaraq, Meksikada başlanan müstəqillik uğrunda müharibəyə qoşulmuş, hərbçi ərinə kömək etməklə vətəninin müdafiəsinə qalxmışdı. Mariyanın vəzifəsi üsyançılara məlumat çatdırmaq və əsgərlərin təchizatı məsələlərində yardım etmək idi. Müharibə vaxtı Mariya ərini və oğlunu itirdi. Özü isə əsir alınaraq bir il həbsxanada qaldı. O, düşmənlə əməkdaşlıqdan imtina etdiyi üçün dövlətə xəyanətdə günahlandırılaraq güllələndi.
publika.az
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO