Tabloid.az
Aşıq Ələsgərin kötücəsi klip təqdimatı keçirib - Video
Aşıq Ələsgərin kötücəsi, illər əvvəl “Gecəmiz” mahnısı ilə məşhurlaşan müğənni Talıb Tale yeni klipinin təqdimat mərasimini keçirib. Tabloid.az-ın məlumatına görə, söz və musiqisi ifaçının özünə məxsus olan ”Bilirsənki” adlı bəstəyə Nicat Zeynallı ekran həyatı verib.
Tədbiri giriş sözü ilə açan prodüser Təranə Səmədova qonaqları ekran işinə baxmağa dəvət edib. Klip nümayiş olunduqdan sonra Talıb Tale təəssüratlarını bölüşüb: “Mən Aşıq Ələsgərin nəslindən olduğumu çox vaxt deməmişəm. Bununla özümü reklam etdirmək istəmirəm. İstəmişəm ki, yalnız öz yaradıcılıq işlərimlə gündəmdə olum. Amma bu, mənə elə də asan gəlmədi. İfa etdiyim mahnıları digər ifaçılar öz adlarına çıxardı. Məcbur olub həqiqəti hər kəsə bildirməyə məcbur oldum. Düşünürəm ki, bu gün təqdim etdiyim klip tamaşaçıların xoşuna gələcək. Klipdə skripka ifaçısı Səlim Abbasov da rol alıb. Bu gün ikinci ekran işimi də təqdim etdim. “Darıxmış” mahnısına çəkilən ikinci klipi isə mənə dostum tərəfindən hədiyyə olunub".
Təqdimat mərasiminə əməkdar artist Səlim Abbasov, Miri Yusif, Sevinc Ağaşirinova, Mirkamil Kamilov, “Cahan” qrupu, “Sevən ürəklər” qrupu, Coşqun Viləş, prodüser Təranə Səmədova, aşıq Əli, dj-Roşqa və başqaları qatılıblar.
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı