Tabloid.az
Gülay Zeynallı paltarlarını niyə satır? - Fotolar
Dünyaca məşhur insanların geyimləri, istifadə etdiyi əşyaları mütəmadi olaraq, hərraca çıxarılır. İndiyədək Maykl Ceksonun, Merlin Monronun, Viktoriya Bekhemin, şahzadə Diananın ən məşhur brendlərdən olan bahalı geyimləri satışa çıxarılıb və həmin hərracların hər biri də şou aləmində hadisəyə çevrilib. Pərəstişkarları da həmin əşyalara və geyimlərə ən yüksək vəsait xərcləyərək alıblar. Azərbaycanda da bu ənənə artıq formalaşmağa başlayıb. Tabloid.az xəbər verir ki, müğənni Gülay Zeynallı paltarlarını “İnstagram” blogunda satışa çıxarıb. 5 gün əvvəl 30-a yaxın paltarın öz əynində şəklini qoyan müğənni geyimlərinin qiymətini yazmayıb.
Maraqlıdır, Gülay Zeynallı neçəyə alıb ki, satışa çıxarır? Başqa bir sual: bəs, geyinilmiş həmin paltarları neçəyə satır?
Tabloid.az həmin paltarların qiymətini öyrənməyə çalışıb. Bunun üçün “İnstagram” blogunda verilmiş nömrəyə (sonradan məlum oldu ki, həmin nömrə Gülay Zeynallının köməkçisidir – RED.) bir neçə paltar seçərək şəklini göndərib qiyməti ilə maraqlanıb. Dünəndən bəri sorğumuza cavab gəlməməsindən satışın yüksək səviyyədə təşkil olunmadığı bəlli olur. Bəs, təşkilati cəhətdən zəif satışla paltarlar necə satılacaq?
Tabloid.az paltar sahibi ilə - Gülay Zeynallının özü ilə də əlaqə saxlayıb. Onu paltarlarını satmağa nə vadar edib? Evində yeri dardır? Bəlkə imkansızlıqdan belə edir? Pulu olmadığı üçün satmağa paltarlarından başlayıb? Yoxsa, müğənnilikdən yorulub şəxsi biznesini qurur?
Bu işlərlə köməkçisinin məşğul olduğunu bildirən müğənni nə paltarlarının satış qiyməti, nə satmasının səbəbi, nə də alıcı marağı barədə məlumat verib.
P.S. Bu yazımızdan sonra müğənni mətbuata açıqlama verərək paltarlarını xeyriyyə məqsədilə satışa çıxartdığını söyləyib. Sən demə, Gülay xanım öz həyat yoldaşı Kamil Zeynalovla birlikdə tez-tez xeyriyyə tədbirlərində iştirak edirlər. Bu da onlardan biri olacaq.
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi