“Most Fashionable Awards Ceremony” Azərbaycanda keçiriləcək
Bizi izləyin

Tabloid.az

“Most Fashionable Awards Ceremony” Azərbaycanda keçiriləcək

Dünya layihəsində yerli ulduzlarlarımız - aktyorlar, rejissorlar, stilistlər, media işçiləri, modellər və idmançılarımız yarışır.

Ölkəmizdə “Most Fashionable Awards Ceremony” beynəlxalq mükafatladırılma layihəsinə bir neçə gündür start verilib. Dünya layihəsində yerli ulduzlarlarımız - aktyorlar, rejissorlar, stilistlər, media işçiləri, modellər və idmançılarımız yarışır.

Bu ildən etibarən dünyanın 50-dən çox ölkəsində keçiriləcək WBC-nin layihəsi olan "Most Fashionable Awards Ceremony" mükafatlandırma mərasiminə Azərbaycan da qatıldı. Nəzərinizə çatdıraq ki, Azərbaycan ilə eyni gündə 10-a yaxın ölkədədə bu layihə eyni saatda keçiriləcək. Bu gün onların sırasına Rumuniya da qatıldı. Mükafatın digər ölkələrdə baş tutan mərasimlərində səhnəyə Inna, Alexandra Stan, Paula Seling, Akcent və s. dünya və Avropa ulduzları çıxacaqlar.

Bu haqda layihənin Azərbaycan üzrə rəhbəri təşkilatçı Aqil Məmiyev tabloid.az-a məlumat verib. “World Beauty Congress” in Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılarımız iki ay səsvermədə iştirak edir. Birinci turda xalqın sosial media üzərindən səsverməsi yolu ilə seçilir. Ikinci turda hər biri öz katiqoriyasında ən çox səs toplamış 10 iştirakçı finala vəsiqə qazanaraq, yenidən səsvermədə iştirak edəcək. Mükafat ötən ilki, uğurlu çıxışlara görə təltif olunur.

Layihənin münsiflər heyətində isə WBC-nin prezidenti, Avropa, Asiya, Amerika, Afrika region rəhbərləri və Azərbaycan rəhbəri olacaq. Diplom və təltiflər Avropdan birbaşa göndəriləcək və WBC prezdenti tərəfindən təqdim olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm