Sevgililər gününə özəl makiyaj - Foto və Video
Bizi izləyin

Tabloid.az

Sevgililər gününə özəl makiyaj - Foto və Video

Sevgililər gününə özəl makiyaj - Foto və Video

Makiyajla daha qüsursuz dəriyə qovuşmaq və daha çəkici stil sahibi ola bilmək üçün kiçik gözəllik hiylələrinə əməl etmək lazımdır. Bu hiylələri biləndən sonra makiyajı təzələmədən də saatlarala gözəl görünmək mümkündür. Yəqin ki, artıq 14 fevral "Sevgililər günü" necə makiyaj edəcəyiniz və bəzəyinizin pozulmadan nə qədər qalacağı sizi düşündürməyə başlayıb...

Daha çəkici görünmək üçün tünd qırmızı dodaq boyası çəkib, gözlərdə təbii makiyaja üstünlük verə bilərsiniz. Sadə makiyajı tamamlayan qırmızı dodaq boyası ilə özəl gündə daha çəkici görünərsiniz.

Qara geyimlər makiyajla çox asan kombinasiya edilir, makiyajda istənilən rəng istifadə edə bilərsiniz. Lakin hazırda hər şeyin təbiisinə üstünlük verildiyi üçün göz makiyajında qəhvəyi və bürünc tonları nəzərə alın.

İddialı geyinmisinizsə, makiyaj mütləq təbii və natural olmalıdır. Sadəcə, dəri qüsurlarını örtmək kifayət edir. Paltarın sadə olması isə makiyajda sərbəstlik verir.

Romantik görünmək istəyənlər üz makiyajında krem rəngin çalarlarından, dodaq və yanaqlarda isə çəhrayı rəngin çalarlarından istifadə edə bilər. Qəhvəyi göz kölgəsi, ya da qara göz layneri ən asan makiyajdır.

Əlbəttə ki, getdiyiniz məkan da çox önəmlidir. Kluba gedirsinizsə, makiyajdan uzaq durmalısınız. Hara gedəcəiyinizi bilmirsinizsə, təbii makiyajı qəhvəyi ənlik və təbii göz makiyajı ilə tamamlayın. Bu makiyaj sizi hər yerdə xilas edəcək.

Kosmetikanı mümkün olduğu qədər az istifadə etmək lazımdır. Dodaq makiyajının qalıcığını artırmaq üçün boya ilə eyni rəngli qələmlə doldurub üzərinə dodaq boyası çəkilməlidir. Ən sonda isə şəffaf kirşanla makiyajın qalıcılığını artıra bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm