Astroloji proqnoz - 23 yanvar
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 23 yanvar

Astroloji proqnoz - 23 yanvar

QOÇ – Günə yeni planlarla başlamalısınız. Amma ulduzlar məsləhət görür ki, bütün qlobal planlarınızda məxfiliyə riayət edəsiniz. Yalnız bu halda günün ovqatı sizi qane edəcək. Uzaq yola çıxmağa dəyməz.

BUĞA – Nahara qədər bir çox sahələrdə diqqətsizliyiniz ucbatından problemlərlə rastlaşa bilərsiniz. Bu səbəbdən də bütün məsələlərdə ayıq-sayıq olmalı, lazım gəldikdə məsləhətlərdən yararlanmalısınız.

ƏKİZLƏR – Sevgi münasibətlərində mövcud olan passivliyinizi aradan qaldırmağa çalışın. Qarşı tərəfə güzəştə gedin. İş gününün sonunda şəxsi büdcənizi artırmaq imkanı qazanacaqsınız. Özünüzü soyuqdan qoruyun.

XƏRÇƏNG – Sizin üçün xüsusi bir gündür. Çünki bu gündən kosmik fon xeyrinizə dəyişəcək. Deməli, digər bürclərlə müqayisədə sizi daha şanslı və perspektivli günlər gözləyir. Buna hazır olun.

ŞİR – Daxili sıxıntılarınızı dəf etmək üçün bir qədər təmiz havada olun. Lazımsız informasiyalarla özünüzü yükləməyin. Əgər fəaliyyət istiqamətində yeni təkliflər alsanız, razılıq verməyə tələsməyin.

QIZ – Bu günün planetar mənzərəsi xeyrinizə işləyəcək. Bununla da siz şanslılar sırasına düşəcək, uğurlar silsiləsinin başlanğıcına yetişəcəksiniz. Gün ərzində yalnız bu barədə düşünməlisiniz.

TƏRƏZİ - Səbrli olmaq, bir qədər məxfilik nümayiş etdirmək yaxşı olardı. Çünki bu gün ovqatınızı aşağı sala bilən adamlarla rastlaşa bilərsiniz. Saat 15-19 arası pul əldə etmək şansınız çox böyükdür.

ƏQRƏB – Səhər saatlarında azacıq gərginliyiniz olsa da, bu, tez ötüb keçəcək. Əslində bu əlamətdar təqvimdə gərək özünüzü toparlamağı bacarasınız. Çünki günortaya doğru sevindirici olaylar başlayacaq.

OXATAN – İxtiyarınızda olan bu təqvimdə hüquqi sənədlərlə, maliyyə-bank əməliyatları ilə bağlı bütün yarımçıq işlərinizi başa çatdırmalısınız. Bunu bacarsanız, ayın sonuna qədər ovqatınız çox yüksək olacaq.

OĞLAQ – Tələsik qərarlar, riskli vədlər verməyin. Əslində bu gün siz ətrafınızda olan insanların mahiyyətini, onların sizə sədaqətliliyini yoxlamalısınız. Axşam saatlarında soyuqdəymədən qorunmalısınız.

SUTÖKƏN – Bürcünüzün Göy qübbəsində tam oturuşması şanslarınızı xeyli artıracaq. Hətta baş verən situasiyalarda iştirakınızdan asılı olaraq bugünkü ovqatınız bütün ilboyu davam edə bilər. Bu səbəbdən də nə olursa-olsun, nikbinliyinizi əldən verməməlisiniz.

BALIQLAR - Saat 13-ə qədər tamamlanması mümkün olan bütün işləri başa çatdırın. Sonrakı müddətdə isə Göy qübbəsinin sizin üçün hazırladığı sürprizlərə hazır olmalısınız. Tənqidi təhqir kimi qəbul etməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm