Tabloid.az
Ebru Gündeşin gözəllik sirləri - Fotolar
Ebru Gündeş Türkiyənin sevilən və cazibədar müğənnilərindən biri hesab olunur. Cazibədar müğənni gözəlliyini qorumaq üçün əlindən gələni edir. Son dövrdə inanılmaz dəyişiklikilə hər kəsi özünə heyran qoyan Ebru Gündeş gözəlliyi sayəsində heyran baxışları öz üzərinə çəkməyi bacarır. Lakin bu gözəllik tamamilə təbii deyil. Belə ki, Ebru Gündeş üzündəki qüsurlardan xilas olmaq üçün illər öncə burnunu əməliyyat etdirib, dişlərini isə düzəltdirib.
Ebru Gündeşin daha gənc görünməsinin sirri əslində düzgün makiyajla bağlıdır. Məşhur sənətçinin vizajistləri Ebrunun üz cizgilərini yaxşı bilirlər və çox peşəkar makiyaj edirlər. Ebru Gündeş dodaqlarında canlı rəngləri, gözlərində isə quyruqlu layner çəkməyi sevir.
Tabloid.az ifaçının gözəllik sirlərini təqdim edir:
"Təbii tərkibli qulluq məhsulları istifadə edirəm. Limonun suyunu sıxdıqdan sonra qalan lifli qisimini bədənimə sürtürəm, beləliklə dərim canlı və parlaq olur.
Hamam duzundan istifadə etməyi sevirəm. Xüsusilə dəniz duzu ilə qoxulu yağları qarışdırıram.Yasəmən, portağal, badam, lavanda və jojoba yağlarını daha çox sevirəm və dərim üçün daha faydalı olduğunu düşünürəm.
Həftədə 1 dəfə pilinq edirəm. Bu, həm dərimin, həm də bədənimin ölü dərilərdən təmizlənməsini təmin edir.
Çoxlu su içməyə diqqət edirəm. Doğumdan sonrakı çəkimi itirməkdə rol oynayan ən böyük faktor sudur. Hər gün 4 litrə yaxın su içirəm.
Süfrəmdən qaynadılmış tərəvəzləri əsla əskik etmirəm. Axşamları yüngül qidalanıram. Qüsursuz görüntümü axşam yeməyi yerinə meyvələrə borcluyam".
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı