Tabloid.az
Brilliant: “Onu qucaqlayıb hönkür-hönkür ağladım”
Türkiyənin divası adlandırılan Ajda Pekkan xalq artistimiz Brilliant Dadaşovaya geyim hədiyyə edib. Müğənni uzun müddət həmin geyimi istifadə etməsə də, ötən ilin dekabrında onu Yeni il proqramlarından birinə geyinib. Tabloid.az xəbər verir ki, xalq artisti bu haqda “Onlar” verilişinə danışıb.
“Mən o geyimi abidə kimi evdən asmışdım. Çünki həmin geyimi Ajda Pekkan mənə hədiyyə edib. Sonradan zəng edib, əynimdə necə oturması ilə maraqlandı. Ona həmin paltarı abidə şəklində asdığımı bildirdim. Hətta çəkilişdən sonra həmin paltarı bir qədər fərqli geyinmişəm".
Brilliant Dadaşova Ajda Pekkan ilə görüşündən də danışıb.
“Təxminən bir ay bundan öncə bir ad günündə idik. Orada ona həmin paltarı bəyəndiyimi bildirdim. Paltarı mənə hədiyyə edəcəyini bildirəndə, imtina etdim. Birdə gördüm ki, köməkçisi paltarı gətirib”.
İlin xeyli hissəsini Türkiyədə yaşayan xalq artisti mütəmadi olaraq Ajda Pekkanın evinin qonağı olmasına da eyham vurub.
“Hər dəfə Ajda xanımgilə gedəndə ilk olaraq piano arxasına oturub mahnılar ifa edirəm. Hər dəfə də onun mahnıları ifa edirəm. Köhnə mahnılarından birini birlikdə ifa etdik. Bir dəfə məni ağlamaq tutdu. Durub onu qucaqlayıb hönkür-hönkür ağladım. Atam, anam yadıma düşdü. O, əsl müğənnidir”.
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi
-
Qoroskop00:10
Günün qoroskopu: romantik anlar yaşanacaq
-
Ekopublika.az2 Dekabr 22:02
Emin Ağalarova vəzifə verildi - FOTOLAR
-
İKT2 Dekabr 21:11
“WhatsApp”da yeni funksiya
-
Magazin12 Dekabr 20:20
Xalq artisti 55 minlik məhkəməni uduzdu
-
Magazin22 Dekabr 19:30
Elton Con görmə qabiliyyətini itirdi
-
Kriminal2 Dekabr 19:00
Havvaxanımın məhkəməsi başlayır: 100-dən çox zərərçəkən var