Tabloid.az
Dəri ləkələrini makiyaj texnikası ilə gizlədin
Üzdəki ləkələr xanımlar üçün son dərəcə arzuolunmazdır. Ləkələrdən birdəfəlik xilas olmaq isə vaxt tələb edir. Belə ki, bu məqsədlə çəkdiyiniz maskalar uzun müddət müsbət nəticə verməyə bilər. Odur ki, onları müvəqqəti də olsa, gizlətmək çarə ola bilər. Tabloid.az dəri ləkələrini gizlətməyin üsullarını axatarıb tapıb.
Dəri üzərində yaranan piqment qüsurlar əhvalı korlayır. Günəş şüalarına məruz qalan dəri olduqca yorğun və yaşlı görünür. Bundan başqa, günəş şüaları dəriyə ləkələr salır. Odur ki, günəş kremlərindən istifadə etmədən evdən çıxmaq olmaz. Dərini qoruyan 50 faktorlu kremlər istifadə etmək və mövsümdən asılı olmayaraq, özünüzü günəş şüalarından qorumalısınız.
Dəridə əmələ gələn ləkələr sızanaqlardan sonra qalan qara nöqtələrdən də yarana bilər. Bu ləkələr insanlarda, adətən, qırmızı rəng şəklində ortaya çıxır. Qarabuğdayı dəriyə malik insanlarda sızanaq ləkələri qəhvəyidir.
Dəri ləkələrini gizlətmək üçün
Ləkələrin görünməməsi və dərinin birrəng olması üçün xüsusi makiyaj texnikaları var. Məsələn, makiyajdan əvvəl korrektor istifadə edilir. Qırmızı rəngdə olan sızanaq ləkələri yaşıl rəng korrektorlarla gizlədilir.
Korrektoru üzə vurduqdan sonra tonal kremi çəkmək prosesinə keçilə bilər. Tonal krem dəri üzərində saatlarla eyni quruluşda qalmadığına görə, ləkələri gizlətmək üçün istifadə edilən qalın tərkibli tonal kremlər ləkəli bölgəni daha çox ortaya çıxara bilər. Dəri bir müddət sonra üzdəki tonal kremi qusa bilər. Bu halda üzdəki ləkələr olduğu kimi görünəcək. Tonal kremin altından korrektor çəkildikdə isə uzun müddət ləkələr gözə görünməyəcək.
Açıq qəhvəyi rəng ləkələr sarı tonlu korrektorlarla təmir olunur. Amma çox diqqətli olmalı və dəriyə yaxşıca çəkmək lazımdır. Tonal kremin üzdə daha yaxşı oturması üçün korrektoru diqqətli çəkin.
Tonal krem çəkildikdən sonra kirşanın köməyi ilə dəri makiyajı başa çatdırılmalıdır. Makiyaj edilmədiyi hallarda çox xırda hərəkətlərlə yüngül tərkibli kirşanla ləkələri gizləmək mümkündür. Xüsusən də, isti günlərdə çox ağır tərkibli krem və kosmetik məhsullardan uzaq olun. Bu ləkələri yox etmək üçün kirşan istifadəsi təklif edilir. Kirşan dəri ləkələrini tonal krem kimi yaxşı örtmür. Amma həssas dərini ağır korrektorlarla boğaraq üzünüzə qarşı böyük haqsızlıq etmiş olarsınız.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı