Tabloid.az
Seks və stress hormonlarına müsbət təsir edən vitamin
Digər adı niasin olan B3 vitamininin sağlamlıq üçün faydalarından çox danışılır. Niasin orqanizmin ehtiyac duyduğu ən əhəmiyyətli vitaminlərdən biridir.
Tabloid.az psixologiyamızdan, seks və stress hormonlarımıza kimi bir çox funksiyaya təsiri olan bu vitaminin faydalarını araşdırıb. Belə məlum olub ki, niasin qan dövranını nizamladığından cinsi orqanların fəaliyyətini gücləndirir.
Dəri sağlamlığına yaxşı təsir edir.
B3 vitamini sızanaqları və dəri qızarıqlıqlarını aradan qaldırdığı üçün dəri üçün nəzərdə tutulan bəzi dərmanların və sızanaq kremlərinin də tərkibinə vurulur.
B3 vitamini elm adamlarını beyinə göstərdiyi təsirlə də təəccübləndirib. Ona görə də niasinin miqdarı şizofreniya və depressiya xəstəliklərinin müalicəsində tövsiyə edilən dərmanların tərkibində də çox olur.
Niasin vitamini xolesterolu tarazlayır. Zülal, yağ və karbonhidratların bədəndə daha uzun müddət qalmasına kömək edir. Xüsusilə, böyrəküstü vəzilərdə ifraz olunan hormonlara təsir edən B3 vitamini bütövlükdə bədənin hormon istehsalına dəstək olur.
Niasin həzm sisteminə də yaxşı təsir edir və toksik maddələrin bədəndən atılmasını sürətləndirir.
Bədəndə B3 vitamini əskikliyi müşahidə edildikdə yorğunluq, əsəbilik, iştahsızlıq, ürək bulanma, qusma, ishal kimi hallar baş verir.
Həmçinin, dəri problemləri, diş əti həssaslığı və ağız qoxusu da niasin əskikliyi zamanı müşahidə edilə bilər.
Uzun müddət niasin əskikliyindən əziyyət çəkən insanlarda depressiya və sinir sistemi pozğunluqları da yarana bilir.
Bu vitaminin gündəlik dozası qadınlar üçün 15mg, kişilər üçün isə 19 mg-dır. Təbii ki, həb şəkilində qəbul etmək istəyənlər mütləq həkimlə məsləhətləşməlidirlər. Çünki həddindən artıq qəbul edildikdə ciddi sağlamlıq problemlərinə səbəb olur. Belə ki, vitaminin orqanizmdə artması dəridə allergik reaksiyalara səbəb olur. Dəridə qızarma, yanma, həmçinin, qaşıntı meydana gəlir.
Odur ki, niasini təbii halda qəbul etmək lazımdır. Məsələn, brokkoli, gül kələmi, kök, kartof və pomidor kimi tərəvəzlər, qırmızı ət, pendir, qarğıdalı unu, yumurta, balıq və süd kimi qidalar niasin vitaminin təbii qaynağıdır.
Tabloid.az
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO