Emrə Altuğ boşandığı həyat yoldaşından danışdı
Bizi izləyin

Tabloid.az

Emrə Altuğ boşandığı həyat yoldaşından danışdı

Emrə Altuğ boşandığı həyat yoldaşından danışdı

İki həftə əvvəl Çağla Şikeldən boşanan Əmrə Altuğ ilk dəfə bu barədə danışıb. Altuğ iştirak etdiyi televiziya proqramında aldatma iddialarına cavab verib və yaşadıqları çətin anları izah edib.

Yeddi illik ailə həyatından sonra qəfildən boşanmağa qərar verən Çağla Şıkel və Əmrə Altuğ haqqında bir çox iddia ortaya atıldı. Şıkelin ötən həftə keçirdiyi mətbuat konfrasında söz-söhbətləri təkzib etməsinin ardından Altuğ da ilk dəfə bu barədə suallara cavab verib.

"Aramızda qalmasın" proqramında iştirak edən müğənni keçmiş həyat yoldaşının basketbolcu Kərəm Tunçeri ilə əlaqəsinin olmasına belə cavab verib: "Xəyanətin isbatı kimi istifadə edilən foto Çeşmədəki otelin parkında çəkilib. O kadrda 15 nəfər var. Xəyanətdən söz belə gedə bilməz".

Xəyanət iddialarını təkzib edən Altuğ "Nə Çağla, nə də mən bu cür dedi-qodulara layiq deyilik. Çox böyük eşq yaşadıq. Bir-birimizi sınayaraq, maneələri keçərək bu evliliyi qorumuşuq. Aslan kimi iki oğul sahibi olduq. 10 illik münasibətimiz və uşaqlarımız bu cür söz-söhbətləri haqq etmir. Sevgimiz hiss etmədiyimiz şəkildə bitdi. Qəlbim də ağladı, gözlərim də, amma indi vəziyyətə uyğunlaşma çalışıram. Aramızdakı hörməti itirmədən ayrılmağa qərar verdik. Bu qərarı uşaqlarımızın gələcəyi üçün verdik".

tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm