Tabloid.az
Qısa ətəklərlə fövqəladə yaraşan ayaqqabı dəbi - Fotolar
İtiburunlu ayaqqabılar daha çox kişi geyim üslubuna aid olsa da, bir neçə mövsümdür ki, qadınlar arasında da dəbə minib. Daha bir neçə il öncə ağız büzərək "heç vaxt geyinmərəm" düşündüyümüz itiburunlu dikdabanlar bu mövsümün əvəzolunmaz aksessuarı olmağa hazırlaşır. Nə yalan deyim, zərif modelləri artıq mənim rəğbətimi qazana bilib.
Adətən stiletto modelli itiburunlu dikdabanlar daha bir çox şəkildə özünü göstərir. İtiburunlu ayaqqabıların əsas üstünlüyü ondan ibarətdir ki, ayaqlarınızı olduğundan daha zərif, daha incə göstərir. Ayaq gözəlliyi bir qadın üçün çox əhəmiyyətli amildir. Məncə, bu fakt itiburunlu dikdabanları sevərək bağrımıza basmaq üçün kifayətdir.
Bəs itiburun ayaqqabıların sizi daha uzun göstərdiyini bilirdinizmi?
Qarşıdan sizə baxandan vizual olaraq bir göz xətası yaradır və olduğunuzdan daha uzun və daha incə görünürsünüz. Bu da bu ayaqqabıları seçmək etmək üçün digər bir səbəb ola bilər.
İtiburunlu ayaqqabılar yaz mövsümündə qarşımıza ümumi mənada 4 modeldə çıxacaq. Bu, baletka, stiletto, qalın dabanlı və biləkdən bağlı formalardan ibarət olacaq. Ən gözəli, əlbəttə ki, ən çox istifadə olunan stiletto modellərdir. Qalın dabanlı itiburunlu ayaqqabılar dəbdə olsa da, aktuallığını uzun müddət qoruyub saxlayacağını düşünmürəm. Bu, tamamilə zövq məsələsidir. Biləkdən bağlananlardan isə xüsusilə qısa ayaqlara malik qadınların uzaq durması lazımdır. Çünki ayaq boyunu çox qısa göstərir. Amma belə bir probleminiz yoxdursa, çox qəşəng model olduğu danılmazdır.
Nə ilə geyinilir?
Xüsusilə stilettoların bütün dar balaqlı şalvarlarla harmoniya yaradacağını düşünürəm. Qısa ətəklər, paltarlar və şort da bu ayaqqabılar üçün biçilmiş modellərdir. Bu ayaqqabılarda qızlar çox xanım-xatın görünürlər. İtiburunlu dikdabanlar həm cins şalvar, həm idman stili, həm də zərif paltarlarla əla qalır.
Biləkdən bağlı olanlarsa, qısa şortlar və ətəklərlə fövqəladə yaraşır.
Nəylə geyinilmir?
Dizləri örtən geyimlərdə, yəni uzun ətək, uzun paltarla bu ayaqqabılar yaraşmır. On görə də midi paltar geyinən zaman bu tərz ayaqqabılardan uzaq olmağınızı məsləhət görürəm. Bu baxımdan incəliyiniz öldürməyin.
Tabloid.az
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO