Nadirdən Brillianta cavab: “Mən heç kimin...” - Audio
Bizi izləyin

Tabloid.az

Nadirdən Brillianta cavab: “Mən heç kimin...” - Audio

Nadir də bunu eşidib, bizdən qabağa düşüb. İdeyamızı mənimsəyib. Amma buna baxmayaraq, bu dueti ifa edəcəyik.

Xalq artisti Brilliant Dadaşova “10-lar” verilişində həmkarı Nadir Qafarzadənin onun ideyasını mənimsədiyini deyib. Tabloid.az-ın məlumatına görə, xalq artisti həmkarı Zülfiyyə Xanbabayeva ilə ifa edəcəyi “Unutulur” adlı mahnını N.Qafarzadə onlardan eşidərək, dərhal repertuarına daxil edib:

“Verilişlərin birində dedim ki, “Unutulur” mahnısını Zülfiyyə ilə duet oxuyacam. Nadir də bunu eşidib, bizdən qabağa düşüb. İdeyamızı mənimsəyib. Amma buna baxmayaraq, bu dueti ifa edəcəyik. Onu da deyim ki, bu mahnını Nadir də özünəməxsus oxuyub”.

Müğənni Nadir Qafarzadə repertuarına daxil etdiyi “Unutulur” mahnısı ətrafında gəzən söz-söhbətlərə aydınlıq gətirib:

“İfa etdiyim mahnılar hər zaman müzakirə mövzusu olur. Bu, normaldır. Bu günə qədər bir çoxları mənim ideyamı oğurlayıblar, oğurlamaqda da davam edirlər. Amma mən heç kimin mahnısını nə oğurlamamışam, nə də ki, mənimsəməmişəm. İllərdir dinlədiyim bir mahnını repertuarıma daxil etmişəm. Bu mahnını ilk öncə tələbəmlə duet şəklində ifa etdim. Lakin daha sonra solo versiyada oxumağı qərara aldım. Çünki əksər yerlərdə xahiş edirlər ki, bu mahnını oxuyum”.

Tabloid.az Nadir Qafarzadənin ifasında həmin mahnını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm