Tabloid.az
Hansı tərəvəz cinsi gücü artırır?
Bir çox bitkinin kökündən tərəvəz kimi istifadə edirik. Bu tərəvəzlərin demək olar ki, hamısı insan sağlamlıq üçün çox faydalı hesab olunur. Bitki kökləri xərçəngdən, ürək damar xəstəliklərinə qədər bir çox problemin həllinə kömək edir.
Tabloid.az tərəvəz kimi istifadə etdiyimiz 8 bitki kökünün faydalarını araşdırıb:
Kartof
Kartof yüksək miqdarda nişasta ehtiva edir. Bu tərəvəzin kökəltdiyi iddia edilsə də, araşdırmalar sübut edib ki, kartofun sadəcə qızartması kökəldir. Buna da səbəb kartofa hopan yağ miqdarının çox olmasından qaynaqalnır. Suda və sobada bişmiş kartofdan isə pəhriz saxladığınız vaxtlarda da istifadə edə bilərsiniz.
Kartofun bəzi növləri şəkər xəstəliyi üçün faydalıdır, həmçinin susuzluğu aradan qaldırmaqda təsirlidir. Qaraciyər sağlamlığı üçün də faydalı qida hesab edilən kartof damar sərtliyinin qarşısını almaq üçün idealdır. Suda bişmiş kartof mədə xorasından əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdıra bilər.
Kök
Kök vitamin və minarallarla olduqca zəngin bir tərəvəzdir. Xəstəliklərə qarşı bədənin müqavimətini artırır. Göz və dəri xəstəliklərinin qarşısını alır.
Tərkibində A vitamin bol olduğu üçün xüsusilə, uşaqların qida mensyusunda mütləq yer almalıdır.
Yer alması
Qida dəyəri baxımından yer alması kartofdan elə də fərqlənmir. Ancaq onun sağlamlığa faydaları daha çoxdur. Ana südünü artırır, qəbizliyi aradan qaldırır. Sidikqovucu xüsusiyyətə malikdir.
Soğan
C vitamini anbarı olan soğan mikroblara qarşı bədənin müqavimətini gücləndirir. Damar sərtliyi, qrip, astma, soyuqlama kimi problemlərin aradan qaldırılmasına güclü təsir edir.
Soğan həm də böyrəklərdə meydana gələn daş və qumların tökülməsinə təsir edir. Cinsi gücü artırdığı və zehni yorğunluğu aradan qaldırdığı elmi araşdırmalar nəticəsində sübut olunub.
Turp
Bu tərəvəz də C vitamini baxımından olduqca zəngindir.
Tez-tez diqqətsizlikdən, fikir dağınıqlığından şikayət edənlər hər gün turp yeməlidirlər. Turp iştahanı artırır, ona görə də kilo almaq istəməyənlər bir az diqqətli olmalıdırlar. Turp bədən üçün zərərli mikrobları yox etməkdə təsirlidir.
Şalğam
Oynaq ağrılarından əziyyət çəkənlər şalğamın möcüzəvi faydalarından yararlana bilərlər. Böyrək daşından xilas olmaq üçün də şalğamdan istifadə etmək olar.
Sızanaqlardan şikayət edən gənclər gündə bir stəkan şalğam suyu içsələr, problemləri həll olunar.
Şalğam həm də boğaz iltihabına qarşı effektlidir.
Sarımsaq
Bakteriyaların qənimi olan sarımsaq xərçəng xəstəliyinin müalicəsi zamanı da istifadə edilir.
Təzyiqi aşağı salır, iştahanı artırır, qan təmizləyici xüsusiyyəti var.
Çuğundur
Çuğundur qanı artırır. Qan azlığından şikayət edənlər hər yeməyin yanında çuğundur salatı yesələr, yaxşı olar.
Çuğundur qaraciyəri işini tənzimləyir.
İnsan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən çuğundur əsəbləri sakitləşdirir, şəkər xəstəliyi və vərəmin çarəsi hesab edilir.
Tabloid.az
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO