Əkizlərdən biri niyə daha tez qocalır? - Fotolar
Bizi izləyin

Tabloid.az

Əkizlərdən biri niyə daha tez qocalır? - Fotolar

Əkizlərdən biri niyə daha tez qocalır?

ABŞ-ın "Case Western Reserve" universitetinin alimləri tək yumurta əkizləri arasında maraqlı bir araşdırma aparıblar. Araşdırmada iştirak etmək üçün bir şərt qoyulub. Belə ki, əkizlərdən biri mütləq siqaret istifadə etməlidir. Digəri isə siqaret istifadə etməməlidir. Bu şəkillərdə siqaretin buraxdığı təsirləri görməmək mümkün deyil.

Ohayodakı Əkizlər festivalında siqaret çəkənlərin üzlərinin daha çox qocaldığı üzə çıxıb. Siqaretin qan dövranına mənfi təsir göstərdiyi üçün qocalma prosesini də sürətləndirdiyi vurğulanıb. Araşdırmaya görə, siqaret çəkənlərin üzələrində aşağıdakı dəyişikliklər yaranır.

Göz qapaqları sallanır.

Göz altı torbalar böyüyür.

Ağız kənarında qırışlar çoxalır.

Boyun dərisi qırışır.

2007 və 2010-cu illəri arasında 79 fərqli əkizin qatıldığı araşdırmada siqaretin üz dərisini qocaltdığı, qan dövranını ləngitməsi, dəridəki rəng dəyişikliyi və dərinin elastikliyini itirməsi və beləcə siqaretin insanı yaşlandırdığı dəqiq sübut olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm