Benzema "Real"ın düşərgəsinə qoşuldu: Nə baş verir?
Bizi izləyin

İdman

Benzema "Real"ın düşərgəsinə qoşuldu: Nə baş verir?

"Əl-İttihad"ın hücumçusu Kərim Benzema sabiq klubu "Real"ın düşərgəsinə qoşulub.

Publika.az xəbər verir ki, Madrid komandası Benzemaya tibbi müayinə və zədənin sağalmasında kömək edəcək. Bu barədə Səudiyyə Ərəbistanı təmsilçisi məlumat yayıb.

Benzema zədə səbəbindən "Əl İttihad"ın "Əl Şabab" (1:3) və "Əl Hilal" (1:2) ilə son iki oyununu buraxıb. Onun bərpa prosesi uzandığı üçün "Real"dan bu məsələdə kömək istənilib.

Qeyd edək ki, 2023-cü ilin yayında "Əl-İttihad"a transfer olunan 36 yaşlı forvard bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 21 oyun keçirib, 9 qol vurub və 7 məhsuldar ötürmə verib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm