Kosmetika və parfüm brendlərinin adını necə tələffüz etməli?
Bizi izləyin

Tabloid.az

Kosmetika və parfüm brendlərinin adını necə tələffüz etməli?

Kosmetika və parfüm brendlərinin adını necə tələffüz etməli?

Parfümeriya-kosmetika mağazasında getmək gözəllik “imtahanına” bənzəyir və bu imtahandan yaxşı keçmək elə də asan deyil. Tabloid.az buro.247.az-a istinadən markaların adlarının doğru tələffüzünü təqdim edir.

Bir çox kosmetika markalarının adları onların təsisçilərinin adlarından götürülüb. Buna görə də onların çoxu fransız və Amerika tələffüzlərinə uyğun olaraq, təsisçilərinin soyadı kimi tələffüz olunur.

Ən parlaq nümunələr: "Kiehl's" (Kils tələffüz olunur), "Christina Fitzgerald" -Kristina Fitzcerald, "Marlis Moller" - Marlis Müller (yeri gəlmişkən, bu qadındır) "Darphin" - Darfan, "Helena Rubinstein" - Helena Rubenstayn.

Selektiv ərəb parfümeriyası "Amouge" bütün dünyada tanınır, ancaq bu brendin ətirləri kifayət qədər mürəkkəbdir. Brendin adı isə çox sadə tələffüz olunur - Amuaj.

"La Roche-Posay" markasının adı fransız tərzində belə oxunur - Lya Roş Poze. Brendin adı termal mənbə və onun yerləşdiyi kənddən götürülüb. Daha bir müalicəvi fransız makrası "Pierre Fabre" - Pyer Fabr olaraq oxunur.

Kosmetika və parfüm brendlərinin adını necə tələffüz etməli?

Bəzi byuti-brendlər məşhur dizaynerlərin fəaliyyətinin davamı olaraq, yaranıb. Məsələn, "Issey Miyake" - İssey Miyake, "Thierry Mugler" - Tyeri Myuqler, "Narciso Rodrigues" - Narsiso Rodriqez kimi brendlər həm də ətir istehsalçısı kimi tanınırlar.

Moda sənayesi ilə bağlı olan başqa hekayələr də olur. Məsələn, yapon markası"Kenzo" öz adı altında parfüm buraxmağa başladı, qulluq kolleksiyası isə "Kenzoki"adını aldı.

"Caudalie" - Kodali kimi tələffüz olunur. Saç brendi "TONI&GUY Hair Meet Wardrobe"un adı Toni end Qay Heir Mit Vardrob kimi tələffüz olunur və onun Toni&Guy adlı populyar salonla heç bir əlaqəsi yoxdur. Buna görə də markanın məhsullarını alarkən, çalışın ki, brendin adını bütöv tələffüz edəsiniz.

Fransız markası "Guerlain" - Gerlen deyə tələffüz olunur, Guerlain deyil. Cennifer Lopezin sevimli saç stilistlərindən biri Orbe Kanales öz brendini yaratmaq qərarı verdi və onu "Oribe" adlandırdı. Tələffüz edərkən isə Orbe demək lazımdır.

Kosmetika və parfüm brendlərinin adını necə tələffüz etməli?

"Babor" alman brendinin də adı bəzi alıcıları çaşdırır. Qeyd edək ki, brendin adı yazıldığı kimi ancaq vurğunun "a" hərfinə düşməsinə şərtilə tələffüz edilir.
"Elemis" markasının adını tələffüz edərkən, klassik fransız ləhcəsi ilə sadəcəElemis demək lazımdır. "St. Barth" - Sen Bart olaraq tələffüz olunur. Fransız kosmetika markası "Sefora" kimi tələffüz olunan Sephore isə öz adını "sephos" yunan sözündən alıb, mənası gözəllikdir. Fransız markası olduğundan vurğunu sonuncu "a" hərfinə vurğu edərək tələffüz etmək lazımdır.

"Estée Lauder" byuti-korporasiyası öz adını təsisçisi Este Lauderin adından götürüb və ona uyğun şəkildə tələffüz olunur.
"Lalique" büllur brendi yaradıcısı Rene Lalikin səyləri ilə yaradılıb, Lalikadlandırılan brendin parfümeriya bölməsi byuti-bazara sonralar daxil olub.
"Lush" kosmetika markası - Laş, "La Prairie" İsveçrə markasının adı isə La Preri deyə, tələffüz olunur.

Kosmetika və parfüm brendlərinin adını necə tələffüz etməli?
"Erborian" Koreya-Fransa markası özündə şərq texnologiyaları və qulluq üzrə Qərb təsəvvürlərini birləşdirib. Brendin adını Erborian kimi tələffüz etmək lazımdır.
"Scholl" İsveçrə makrası isə Şol (l-i incə tələffüz etmək lazımdır) deyə, tələffüz olunur. Daha bir İsveçrə brendi "Toitbel" - Tuabel kimi tələffüz olunur.
"Payot" markasının isə Ukrayna kökləri var: onun təsisçisi Nadya Payo Odessada anadan olub. O, universitet illərində ərə gedib və indi onun soyadı fransız dilinin qaydalarına uyğun olaraq tələffüz olunur - Payo. "Essie" dırnaq lakları markası bütün dünyaya öz yaradıcısı Essi Veynqarteinin hesabına tanınıb. Brendin adını Essikimi tələffüz etmək lazımdır.

Kosmetika və parfüm brendlərinin adını necə tələffüz etməli?

"Avon""Oriflame" brendlərinin adları, müvafiq olaraq OrifleymEyvondeyə, tələffüz olunmalıdır. Fransız brendləri "Methoede Jeanne Piaubert","Sothys""La Biosthetique" isə müvafiq olaraq, Metod Jan Pyuber, SatisLa Biostetik deyə oxunur. "Jo Malone" brendini Co Malon kimi tələffüz etmək daha düzgündür.

Yaponlarda "ş" hərfi yoxdur, ona görə də "Shiseido" brendinin adı Siseydo oxunur. Bu tələffüz satıcı-məsləhətçini çaşdıra bilər, buna görə də Amerika tərzində -Şiseydo kimi də deyə bilərsiniz. "Eisenberg" brendinin adı Ayzenberq,"Structure" saça qulluq vasitələri Strakça kimi oxunur. Ayaqların sağlamlığının və gözəlliyinin qayğısına qalan "Gehwol" markası Gevol kimi tələffüz olunur. Üç hərfdən ibarət "NYX" kosmetika brendinin adı Niks oxunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm