Tabloid.az
İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində Bakıda konsert təqdim olunub
Moskvanın fransalı müqəddəs Lüdovik kilsəsinin, “Art-noyabr”
Beynəlxalq incəsənət festivalının, “ÜNS” Yaradıcılıq Səhnəsinin və
“AR Production”ın birgə təşkilatçılığı ilə Moskva, Riqa və Bakı
şəhərlərini əhatə edən İohan Sebastyan Bax Beynəlxalq festivalı
çərçivəsində martın 4-də paytaxtımızdakı Müslüm Maqomayev adına
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında
konsert təqdim olunmuşdur.
Konsertdə Oslo Konservatoriyasının professoru, Norveç Musiqi
Akademiyasının rektoru və professoru Byorn Boysen (orqan) və
Beynəlxalq müsabiqə laureatı Nataliya Arxipova (soprano) İohan
Sebastyan Baxın əsərlərini səsləndirmişlər.
Bəstəkarın yaradıcılığında orqan musiqi aləti xüsusi yer
tutmuşdur. İohan Sebastyan Baxın bəstəkarlıq və ifaçılıq dühası, bu
musiqi alətinin quruluşunu və akustikasını dərindən bilməsi onun
orqan musiqisi yaradıcılığında yeni üslub yaratması ilə
nəticələnmişdir.
Martın 29-dək davam edəcək festivalın proqramında dünya şöhrətli
bəstəkarın irsi orqan, kamera-instrumental, orkestr və oratoriya
istiqamətlərində təqdim olunacaqdır.
Martın 1-də Moskvadan başlanan festivalın proqramında martın
18-də də Bakıda “ÜNS” Yaradıcılıq Səhnəsində konsertin təqdimi
nəzərdə tutulmuşdur.
İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində Bakıda
təşkil olunan konsert alqışlarla qarşılanmışdır.
baku-art.az
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO