Texnoloji
“Google”-da bunları etmək lazımdır MARAQLI FAKTLAR
İnternetdən istifadə etməyi yəqin ki, kiçik uşaqlar da bacarır, “Google” isə lazımi informasiya axtarışında ən tanınmış köməkçilərdən biridir. Biz tez-tez sözü və ya cümləni axtarış sisteminə daxil edərək lazımsız saytların arasında qiymətli vaxtınızı itiririk. Bizə lazım olanı tapa qədər əziyyət çəkməli oluruq. İş ondadır ki, düzgün axtarışın müəyyən qaydaları var. Bu qaydalardan xəbəri olanlarsa çox azdır.
Publika.az “Google” axtarış sisteminin qaydalarını təqdim edir. Bu qaydalar sizə artq səy göstərmədən lazimi informasiyanı qısa müddətdə tapmağa kömək edəcək.
1. Dəqiq söz və ya söz birləşməsini necə tapmalı?
Dırnağın köməyi ilə. Sözü və ya cümləni dırnağa alaraq “Google”-da axtarış verin. Bu zaman “Google” bu sözün olduğu bütün veb səhifələrini axtaracaq. Nümunə: ["Mən sizə yazıram"]
2. Dəqiq xatırlamadığınız atalar sözünü necə tapmalı?
Atalar sözünü və ya sitatı dəqiq xatırlamırsınız? Atalar sözünü dırnağa alıb unutduğunuz sözlərin yerinə * işarəsini qoyun. Atalar sözü və ya sitat bütöv çıxacaq. Nümunə: ["Gecə - küçə * aptek"]
3. İstənilən bir neçə kəlməni necə tapmalı?
Bütün variantları ardıcıl olaraq düzün, hər sözün arasına şaqulu sləş işarəsi qoyun. "Google" bu zaman istənilən informasiyasnı tapacaq. Nümunə: [ananas | şampan]
4. Cümlə daxilində bir sözü necə tapmaq olar?
Operatora & işarəsini əlavə edin. Əgər sözü onunla birləşdirsəniz, "Google" bu sözün işlədiyi cümlələri tapacaq. Nümunə: [Puşkinin heykəli & Pskov]
5. Müəyyən sözün işlədildiyi yazıları necə tapmaq olar?
Lazımi sözün qarşısına üstəgəl işarəsi qoyun və sözlər arasında məsafə qoymayın. Sorğu zamanı bir neçə məcburi sözlər daxil etmək olar. Nümunə: [Şoloxov abidəsi + bulvar]
6. Bəzi sözləri axtarışdan necə ləğv etmək olar?
Axtarış zamanı çıxan cavablarda görmək istəmədiyiniz sözlərin qarşısında mənfi işarəsi qoyun. Nümunə: [cizgi filmi - rok ]
7. Yazını ancaq bir saytda necə axtarmalı?
Bunun üçün site operatorundan istifadə edin. O sizə lazım olan saytdan yazını tapmağa kömək edəcək. Bunun üçün yalnız iki nöqtə və site operatoru qedy edin. Nümunə: [ konstitusiyası rf site:consultant (...)] [mayakovski pəncərə site: (...) ] ( nöqtələrin yerinə saytın adını qeyd edin)
8. Müəyyən tipli sənədlərin axtarışı
Bunun üçün sizə mim operatoru lazımdır. Axtarış yerinə lazımi sözü yazdıqdan sonra mim operatorunu qeyd edin və iki nöqtə qoyun. Nümunə: [xarici pasport üçün sənədlər mim: Pdf ]
9. Ancaq bir dildə saytları necə axtarış verməli?
“Lang” operatorunun köməyi ilə. “Lang”-dan sonra iki nöqtə qoymaq və sizə lazım olan dili yazmaq lazımdır. Əgər rus dili lazımdırsa, ru yazın, ukrayna uk, azərbaycan dili az, ingilis en, fransız fr ilə işarə edilir.
Aytən
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək

































.jpg)

