Texnoloji
Dünyanın ilk televizoru görənləri heyrətləndirir - FOTOLAR
Az qala bir əsr yarım (elə indi də) insanların ən yaxın dostu olan cihazın - televizorun kəşfinin maraqlı tarixçəsi var. Televizoru ingilis alimi Con Baird 1925-ci ildə ibtidai formada da olsa, kəşf edə bilir. O, biskvit qutusu və kartondan ibarət qutunu tikiş iynəsi ilə "tikib", içərisinə avadanlığını yerləşdirir və uzaq məsafəyə ötürülən sifət görünüşünü "tutmağı" bacarır. 25 iyun 1925-ci ildə isə kəşfini patentləşdirir. Baird sehirli qutuya "televisor" (tele – yunanca "uzaq", visio – latınca "gör") adını verir.
1928-ci ilin yanvarında Krallıq İnstitutunda ixtirasını təqdim edən Baird bir il sonra ilk televiziya stansiyasını qurur. 1929-cu ildən başlayaraq, BBC ilə razılaşma əsasında televiziya verilişlərinin hazırlanmasına start verdi. Qısa müddətdən sonra isə televiziya bütün dünyaya yayıldı. Olimpiya oyununun televiziya ilə yayımı isə ilk dəfə 1936-cı ildə baş tutdu: Hitler Almaniyasında təşkil olunan idman yarışını televiziya ilə qitələrə ötürdülər…
Moderator.az dünyada ilk televizorların fotolarını təqdim edir. Kim düşünərdi ki, o zaman yüzlərlə lampanın hesabına işıqlandırılan nəhəng qutular-televizorlar, kiçilib-kiçilib az qala əl boyda, kağız nazikliyində bir qurğu olacaqlar...



Baird 1946-cı ildə vəfat edir. Onun vəfatından sonra televiziyanın elektromaqnit sistemi Taylor Farnvos tərəfindən dəyişdirilir. Farnosun bu kəşfi televiziyanı Baird mexanikliyindən xilas etdi. Bu icadın patentini isə alim yalnız 1930-cu ildə ala bilir.

Onun kəşfində ekranlarda görünüş meydana gətirmə sistemi yüz minlərlə lampanın bir araya gətirilməsi şəklində tərif edilə bilər. Bu günki televizorlar da prinsip etibarilə bu mexanizm ilə fəaliyyət göstərir. Bugünkü CRT ekranların səthi yüz minlərlə kiçik nöqtədən meydana gəlmişdir. Bunlara piksel adı verilər. Piksel hər biri ayrı şəkildə aydınlaşdığında və hər biri fərqli rəng meydana gətirə, piksel müəyyən bir nizamda yanması görünüş meydana gəlməsinin qaynağıdır.
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc


































.jpg)

