Nida.az
Bakı-Ankara-Tbilisi- CERCO: Moskvaya qarşı yeni cəbhə
Azərbaycan, Türkiyə və Gürcüstan yeni hərbi blok yaradır.
Diplomatik mənbədən Publika.Az-a verilən məlumata görə, bu məsələ prezidentlərin mayın 6-da Gürcüstandakı görüşündə müzakirə olunub. Mənbə bildirir ki, təşəbbüsü Türkiyə irəli sürüb və bu öncədən hazırlanmış layihədir: “Rusiya təhlükəsinin regionda artması Qərbi belə bir layihənin reallaşdırılmasına sövq edir. Əsas narahatçılıq Azərbaycan və Gürcüstanda Rusiyanın eyni ssenari davam etdirməsidir. Rusiyanın başı Ukraynaya qarışıb, belə bir məqamda Kremlə qarşı digər cəbhənin açılması gündəmdədir. Faktiki olaraq iki ölkə, xüsusilə də Bakı Kremlin təzyiqini üzərində hiss edir. Rusiyanın başı açılmamış regionda yeni cəbhənin açılmasının istəyir, məhz bu iş Ankaraya tapşırılıb”.
Mənbə qeyd edir ki, regionda öz varlığını yenidən nümayiş
etdirmək üçün bu Ankaraya da lazımdır.
Ən maraqlı məqamsa yaradılması nəzərdə tutulan hərbi təhlükəsizlik
birlinin ilkin konturlarının məlum olmasıdır. Belə ki, blok
NATO-nun dolayı dəstəyi ilə yaradılır. Mənbə iddia edir ki, blokun
adının Regional Əməkdaşlıq Mərkəzi- ingilis dilində Centre of
Regional Collaboration (CERCO) –olması təklif olunur, lakin bu
ilkin variantdır.
“CERCO ilkin mərhələdə iqtisadi əməkdaşlıq formasını özündə əks
etdirəcək, sonrakı mərhələdə isə bunun hərbi bloka çevrilməsi
nəzərdə tutulur. Bu istiqamətdə bir sıra məqamlar razılaşdırılıb,
amma tərəflərin irəli sürdüyü şərtlərdə açıq qalan məqamlar da
var”-deyə qeyd edilir.
Məlumata görə, şərtlər aşağıdakılardır:
Bakı:
1. Blokda daha çox iqtisadi və digər sahələr öz əksini tapsın,
nəinki hərbi. Hərbi istiqamətlər daha uzaq perspektivlər üçün
saxlanılsın, çünki Azərbaycan “Qoşulmama Hərəkatında” yer alır.
2. Bu birliyin Rusiyaya qarşı olması məsələsi kənara qoyulmalı,
3. Qərbin açmaq istədiyini yeni cəbhədə yer almaq yox, daha çox üç
ölkənin təhlükəsizlik məsələsi əsas olmalı,
4. Gələcəkdə Ermənistanın bu birlikdə yer alması üçün heç bir cəhd
olmamalıdır.
Ankara:
1. Birlik iqtisadi əməkdaşlıq kimi fəaliyyətə başlayır, sonrakı
mərhələdə hərbi bloka çevrilməsi istiqamətdə işlər davam
etdirilməli,
2. Əsas əməkdaşlıq NATO ilə qurulmalı,
3. Xarici təhlükə olduqda NATO-nun dəstəyindən istifadə
edilməli,
4. Uzun müddətli olmalı, qərargah Ankarada yerləşməli, gələcəkdə
əlavə ölkələrin də bura cəlb edilməsi prioritet seçilməlidir.
Tbilisi:
1. NATO ilə əməkdaşlıq və yaxınlaşma xətti seçilməli,
2. Lakin Rusiyaya qarşı olmaq məsələləri qabardılmamalı və mümkün
qədər bundan kənarda dayanmalı,
3. Gürcüstan Azərbaycan-Türkiyə təhlükəsizlik müqavilələrində yer
almalı,
4. Bu əməkdaşlıq uzun müddətli olmalıdır.
Məlumata görə, bunlarla yanaşı, bəzi xırda detallar da var. Lakin
bəzi məqamlar razılaşdırılıb. Misal üçün mərkəzi qərargahın
Ankarada olması, uzunmüddətli hədəflərin seçilməsi, Ermənistanın
burda yer almaması mövqelərində yaxınlaşma var. Lakin digər
məqamlar hələ müzakirə mövzusu olaraq qalır, xüsusilə Azərbaycanın
istədiyi kənar maraqlarda yer almamaq. Bakıda keçiriləcək növbəti
samitdə məsələnin müzakirəsi davam edəcək.
Asif Nərimanlı
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO