İdman
Millət vəkili Foqtsun bostanına daş atdı: “Bu məşqçi ilə mümkün deyil”
Braziliyada keçirilən dünya çempionatı hər kəsin maraq dairəsindədir.
O cümlədən siyasətçilərin də. Millət vəkili Siyavuş Novruzov Publika.az-a açıqlamasında mundialla bağlı fikirlərini bölüşüb. Millət vəkili Braziliya azarkeşi olduğunu deyib. O, komandasının yarımfinala adlamasından məmnun qaldığını bildirib:
“Lap əvvəldən demişdim ki, Brazilya azarkeşiyəm. Fikrimin üzərində də dayanıram. Qarşıda Brazilyanın Almaniya ilə görüşü var. Hesab edirəm ki, Brazilya qalib gələcək. Düşünürəm ki, finalda azarkeşlik etdiyim komanda Argentina ilə üz-üzə gələcək. Amma Argentina da güclü komandadır. Çempionatda Əlcəzair də yaxşı oyun göstərdi. Kosta Rika görünməmiş bir uğura imza atdı.. Çox gözəl oyun sərgilədi, 1/4 finala qədər gəldi”.
Millət vəkili nə vaxtsa Azərbaycanın da belə uğura imza tacağına inandığını bildirdi. Ancaq Siyavuş müəllim Berti Foqtsla bunun mümükün olmayacağına da eyham vurdu:
“İnşallah gün o gün olar bizim komandamız da Kosta Rika səviyyəsinə gəlib çatar. Ümid edirəm ki bizim milli komanda da dünya çempionatında iştirak edəcək. Bu idmandır, dövlətin kiçikliyindən, böyüklüyündən asılı deyil. Heç maddi baxımla da bağlı deyil. Ölkənin varlılı-kasıb olmasının heç bir əhəmiyyəti yoxdur.
Ənənədən aslıdır. Onlarda ənənəvi şəkildə futbol inkişaf edib. Bizdə də digər idman növləri inkişaf edib. Futbol meyvə kimidir. Gərək ağacını əkəsən ki, barını görəsən. Amma etiraf edək ki, bu heyətlə, bu komanda, bu məşqçi ilə dünya çempionatında iştirak etməyimiz mümkün deyil. Qrup mərhələsində ən az xal toplayan komandalardan olduq. Taktikanı da dəyişməliyik”.
Aygün İlqarqızı
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO