Dostoyevski ilə bağlı GİZLİNLƏR arvadına yazdığı məktublarda
Bizi izləyin

Art

Dostoyevski ilə bağlı GİZLİNLƏR arvadına yazdığı məktublarda

Fyodr Mixayloviç Dostoyevski təhlükəli “rus ruletkası” oynamağı sevirdi. Buna görə də ailəsi daim qorxu və narahatlıq içində yaşayırdı.

Publika.az xəbər verir ki, dahi yazıçının ikinci həyat yoldaşı Anna Qriqorievna etiraf edirdi ki, ərinin bu vərdişi onun kişi qüruruna tamam ziddir.

Dostoyevski cütlüyünün gizli məktubları üzə çıxandan sonra bəlli olub ki, ədib bəzən 10 saat müddətində kart oynayar, hətta uduzduğu üçün xanımından pul istəyərmiş. Sevimli Anyası isə onu alçaldıçı sözlərlə təhqir edərmiş.

Bəzən hətta “bax, bu sondur, pul göndər, Hamburqdan Rusiyaya qayıdacam. Mənə güvən, bu dəfə dəqiq qayıdacam” deyib, yenə arvadının pullarını kartda uduzarmış. Sonda isə bəhanə edərək, “axmaq mehmanxana nəzarətçisi məni oyatmağı unutdu, yatıb qaldım yenə” yazarmış.

Anna bütün qızılını, dəyərli əşyalarını ərinə göndərəndən sonra bir gün təngə gəlir. Boşanmağa qərar verəndə isə ərinin xəstə olduğunu öyrənir. Dostoyevski öləndən sonra sadiq arvadı xatirəsində belə yazır: “Mənim ərim Tolstoy, Turgenev, Qonçarov kimi ədiblərin müasiri idi. Bu yazçılar varlı həyat sürərəkən zavallı həyat yoldaşım yaxa qurtara bilməyəcəyi xəstəlikdən əziyyət çəkir, bugündən sabaha böyük ümidsizliklə yaşayırdı”.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm