“Toyota” 625 min avtomobilini geri çağırır
Bizi izləyin

Avtopublika

“Toyota” 625 min avtomobilini geri çağırır

Yaponiyanın aparıcı avtomobil istehsalçılarından biri olan "Toyota" proqram təminatının nasazlığı səbəbindən təxminən 625 min "Prius" hibrid avtomobilini geri çağırdığını elan edib.

Kompaniya bu tədbirlərin yalnız 2010-cu ilin mayından 2014-cü ilin noyabrınadək istehsal edilən modellərə aid olduğunu bildirib. Əsasən Yaponiya bazarından 340 min, ABŞ bazarından 110 min, Avropadan isə 160 minə yaxın avtomobil geri çağırılmalıdır.

Kompaniyanın bu qərarına qəza siqnalvericilərinin vaxtsız işə düşməsi və bəzi hallarda hətta nəqliyyat vasitəsinin istismarı zamanı avtomobilinin əsas hibrid sistemlərinin sönməsi ilə nəticələnə bilən proqram təminatındakı nasazlıq səbəb olub.

Qeyd edək ki, 1937-ci ildə əsası qoyulan "Toyota Group"un ən iri bölməsi - "Toyota Motor Corporation" Yaponiya avtomobil sənayesinin lideridir. 300 min əməkdaşı olan kompaniyanın mənzil qərargahı Ayti prefekturasının Toyota şəhərində yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm