Şeyxin qarajından inanılmaz görüntülər
Bizi izləyin

Avtopublika

Şeyxin qarajından inanılmaz görüntülər

Dubay Şeyxi Əl Maktumun qarajının videosu “Youtube” video şəbəkəsində maraqla izlənir

Maşınları ilə daim gündəmdə olan Dubay Şeyxi Əl Maktumun qarajının videosu "Youtube" video şəbəkəsində maraqla izlənir.

"Axar.az"ın təqdim etdiyi videoda Əl-Maktumun maşın qarajındakı yüzlərlə maşını izləyə bilərsiniz. Bu videonun çəkildiyi tarixdən sonra Əl Maktum qiyməti 8.2 milyon dollar olan "super bus" adlanan yeni avtomobil də alıb. 23 sərnişin yeri olan qeyri-adi maşın Hollandiyada, Delft Texnologiya Universitetində sözün əsil mənasında yaradılıb. Yaradıcı qrupa hollandlar arasında ilk dəfə kosmosda olan, 1985-ci ildə orbitə çıxmış professor Ubbo Oskels rəhbərlik edib.

"Maşın-avtobusu" yaradan qrupda "Formula-1" avtoçempionatının aerodinamika üzrə mütəxəssisləri də olub.

"Super Lamborgini"yə bənzəyən tünd-göy rəngli super avtobus 250 km/saat sürətlə hərəkət edə bilir.

Uzunluğu 15, eni 2,5, hündürlüyü isə 1,65 metr olan maşın Dubayla Əbu-Dabi arasındakı 120 kilometrlik məsafəni yarım saatdan da az vaxta qət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm