"Lada"dan yeni maşın: sınaq modellər hazırdır
Bizi izləyin

Avtopublika

"Lada"dan yeni maşın: sınaq modellər hazırdır

Rusiyanın "AvtoVAZ" şirkəti yanvar ayı üçün 25 ədəd "Lada Vesta" avtomobili istehsal edəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətin sədri Bu Anderson açıqlamasında deyib. Onun sözlərinə görə, yeni modelə 5 milyard rubl vəsait xərclənib:

"Yanvarda buraxılan 25 ədəd sınaq avtomobilidir, kütləvi istehsala sentyabr ayından başlamaq qərara alınıb".

Qeyd edək ki, ilk "Lada Vesta" ötən ay buraxılıb və qış sınağı üçün Almaniyaya göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm