Bakı 2015
Bizim əfsanə: “Avropa Oyunları idmançılara böyük stimul olacaq”
Azərbaycanın əfsanəvi cüdoçusu İlham Zəkiyev I Avropa Oyunlarında uğurlu çıxış edəcəyinə ən çox inanılan idmançılardandır. İki dəfə Paralimpiya oyunlarının, 2 dəfə dünya çempionatının qızıl medallarını qazanmış, beş dəfə Avropanı fəth etmiş idmançımızdan növbəti zəfər gözlənilir.
Elə İ. Zəkiyev də bu yarışda qələbə qazanmaq üçün döşəyə çıxacağını bildirir.
Publika.az-a danışan cüdoçu I Avropa Oyunlarının idmançılarımız üçün böyük stimul olacağını dedi:
“Avropa Oyunları ərəfəsi tikilən idman obyektləri, komplekslər hər biri Azərbaycan idmançıları üçündür. İdmançılarımızın səmərəli istifadəsi üçündür. Necə ki, Olimpiya Oyunları dedikdə Yunanıstan yada düşür. İndi də Avropa Oyunları deyildikdə ilk Azərbaycan xatırlanacaq. Şükürlər olsun ki, Azərbaycan bu oyunlara yüksək səviyyədə hazırlaşır. İnşallah Azərbaycan burada da öz sözünü deyəcək. Hər bir idmançımıza bu oyunlarda uğurlar arzu etmək istəyirəm. Ümid edirəm ki, bu yarışda ölkəmizi yaxşı təmsil edəcəyik, himnimizi səsləndirəcəyik.
Avropanın ən reytinqli idmançıları dəvət olunacaq. Bu yarışın Azərbaycan idmançılarına təbii ki, böyük təsiri olacaq, qələbəyə köklənəcəklər, böyük stimul olacaq. Təbii ki, burada doğma divarlar amili də var. Azərbaycan idmançıları 10 qat güclə iştirak etməlidirlər. İnanıram ki, belə də olacaq, azərbaycanlılar bu yarışda yaxşı nəticələr verəcək”.
Aygün İlqarqızı
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ