Mingəçevirdə Avropa Oyunları üçün bilet satışı məntəqəsi açıldı
Bizi izləyin

Bakı 2015

Mingəçevirdə Avropa Oyunları üçün bilet satışı məntəqəsi açıldı

“Bakı 2015” Mingəçevirdə bu gün bilet satışı məntəqəsini açıb. Sakinlər iyunun 14-16-də Avropa Oyunları çərçivəsində baş tutacaq avarçəkmə yarışları üçün biletləri Mingəçevir Dram Teatrının kassasından ala biləcəklər.

Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq belə açıqlama verib: “Yeni açılmış kassa, Mingəçevir sakinlərinə gələn ay keçiriləcək dünya səviyyəli avarçəkmə yarışlarına bilet almağa imkan verəcək.

Şəhərdə xüsusi bilet satışı məntəqəsinin olması, I Avropa Oyunlarını Azərbaycan xalqı üçün mümkün qədər çox əlçatan etmək vədimizdən irəli gəlir; beləliklə, onlar ölkədə gerçəkləşən möhtəşəm və tarixi idman bayramından zövq ala biləcəklər”.

Avarçəkmə yarışları üzrə ilkin mərhələ oyunlarında oturacaqlı yerlər üçün biletlərin qiyməti 1 AZN-dən 3 AZN-ə qədər, final oyunları üçün isə 1 - 5 manat arasında müəyyən olunub. Yaşı 16-dan aşağı olan yeniyetmələr və uşaqlar isə bütün idman yarışlarına biletsiz buraxılacaqlar.

Qeyd edək ki, Mingəçevir Dram Teatrının kassası M.Füzuli küçəsi 29 ünvanında yerləşir və həftənin yeddi günü səhər saat 10:00-dan axşam saat 18:00-dək açıq olacaq.

Birinci Avropa Oyunlarının Bakıda keçiriləcək bütün idman yarışlarına biletləri www.baku2015.com/tickets veb səhifəsindən onlayn qaydada almaq mümkündür.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm