Bakı 2015
Avropa Oyunları zamanı fiziki qüsurlu şəxslər üçün bütün şərait yaradılacaq
Qarşıdan gələn Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslərin girişi üçün bütün lazımi vasitələrin olacağını açıqlayıb. Bu idman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələyə çevrilmişdi; Nəqliyyat vasitəsindən düşmək üçün xüsusi ərazilərin ayrılmasından tutmuş, onlara kömək etmək üçün xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər, bütün xidmətlər müvafiq beynəlxalq standartlara cavab verəcək.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bu barədə deyib: “Əlilliyi olan qonaqlarımızın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndir. Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq.
Avropa Oyunlarının faydalarından biri də, arenalara giriş imkanı yaradan vasitələrin yaradılması üçün görülən planlaşdırma və hazırlıq işləridir. Bakı şəhəri, beynəlxalq tələblərə cavab verən bu mirasdan Avropa Oyunlarından sonra, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və bu kimi digər yarışlarda da faydalanacaq”.
Bakı 2015-in dəvəti ilə, arenalara tam baxış keçirmək üçün, Paralimpiya çempionu Nik Morris ötən həftə Bakıya gəlib. N.Morris, obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə Məsləhətçilər Assosiasiyasının rəsmi məsləhətçisidir. O, Sidney 2000 Olimpiya və Paralimpiya Oyunlarında məsləhətçi kimi işlədikdən sonra, 2004-2012-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsi və bir sıra oyunların təşkilat komitəsində əlillərin arenalara girişi üçün xüsusi vasitələrin quraşdırılması üzrə ekspert-məsləhətçi kimi fəaliyyət göstərib.
“Əlilliyi olan və ya yaşlı insanlar da daxil olmaqla bütün tamaşaçılar, Bakı 2015 Avropa Oyunlarının mərasimlərinə, idman yarışlarına gələ və zövq ala bilərlər. Onlar və müşaiyət edən şəxslər müvafiq nəqliyyat vasitələri ilə arenalara çatdırılmaq üçün, ictimai nəqliyyatla əlaqəsi olan avtodayanacaqlar, nəqliyyat vasitəsindən asan düşmə, eləcə də, ayaqyoluları, xüsusi ayrılmış ərazilər və məhsulların satıldığı mərkəzlər, rahat oturacaqlarla təmin olunurlar” – deyə Nik Morris açıqladı.
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ