Məşəl Siyəzən və Xırdalan yolunda
Bizi izləyin

Bakı 2015

Məşəl Siyəzən və Xırdalan yolunda

Azərbaycanın böyük hissəsini dolaşan I Avropa Oyunlarının məşəli artıq Bakıya yaxınlaşır. Bu gün əvvəlcə Siyəzənə aparılacaq məşəl günün axşam Xırdalana gətiriləcək.

Publika.az xəbər verir ki, Siyəzən rayonuna saat 15:00-da baş tutacaq məşəl estafetinin ardından 16:00-da Heydər Əliyev Meydanında qarşılama mərasimi olacaq. Tədbir 16:30-da yekunlaşacaq və məşəl Xırdalana istiqamət alacaq.

18:00-da Xırdalanda məşəl estafeti start götürəcək. Bir saat sonra - 19:00-da şəhər meydanında alov festivalı keçiriləcək. 19:30-da Xaırdalandakı tədbir yekunlaşacaq.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli 47 gün ərzində Azərbaycanın hər bir guşəsini gəzib dolaşacaq və açılış mərasimində Bakı “Olimpiya” stadionuna gətiriləcək. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub və hər regionda “Alov festivalı”nın keçirilməsi nəzərdə tutulub. Məşəl yer üstündə avtobus, funikulyor, velosiped, yer altında Bakı metrosu, suda qayıq, havada isə təyyarə ilə daşınacaq. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək.

10 iyun məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək. 660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı 2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm