Tayfur: “Həmin an ağlımdan rəqibi döymək keçirdi”
Bizi izləyin

Bakı 2015

Tayfur: “Həmin an ağlımdan rəqibi döymək keçirdi”

Avropa Oyunlarında ölkəmizi boks yarışlarında təmsil edən Tayfur Əliyev Rumıniya təmsilçisi üzərində qazandığı qələbədən sonra öz fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, həmişə ilk döyüşlərində çətinlik çəkdiyini deyən boksçumuz növbəti döyüşdə daha diqqətli olacağını bildirib:

"Mən bu yarışda qızıl medal üçün mübarizə aparıram və bu istəyimə çatacağıma inanıram".

Döyüş vaxtı alnından qan açılmasına münasibət bildirən Tayfur zədəsinin elə də ciddi olmadığını deyib:

"Həkim zədəmə baxdı və bildirdi ki, elə də ciddi bir şey yoxdur. Belə yüngül zədələr hər döyüşdə ola bilər".

Tamaşaçıların dəstəyinin ona güc verdiyini bildirən təmsilçimiz, onlardan növbəti oyunlarda da bu dəstəyi gözlədiyini bildirib:

"Üçüncü raundda tamaşaçıların "Tayfur, Tayfur" deməsi məni daha da ruhlandırdı və daha inamla döyüşməyə başladım. Həmin an ağlımdan yalnız qarşımdakı rəqibi "döymək" keçirdi. Qələbəmdə azarkeşlərin rolu böyük oldu".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm