MOK-da mükafatlandırma - “İnanıram ki, qalan günlərdə də medallarımızın sayı artacaq”
Bizi izləyin

Bakı 2015

MOK-da mükafatlandırma - “İnanıram ki, qalan günlərdə də medallarımızın sayı artacaq”

Milli Olimpiya Komitəsinin inzibati binasında I Avropa Oyunlarında uğur qazanmış idmançılarla növbəti dəfə ənənəvi görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə MOK-un I vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Ağacan Əbiyev, həmçinin olimpiya çempionları Nazim Hüseynov, Namiq Abdullayev və Fərid Mansurov iştirak edib.

Bu dəfə görüşə iyunun 22-də medal qazanan idmançılar dəvət olunub.

MOK rəsmiləri sambo yarışlarında gümüş mükafat qazanan İslam Qasımov (57 kq), Amil Qasımov (74 kq), Vasif Səfərbəyov (+100) və Nəzakət Xəlilovanı (52 kq) mükafatlandırıblar.

Çingiz Hüseynzadə tədbirdə çıxış edib:

“Dünən də mükafatçılarımız oldu. Samboçularımız 4 gümüş medal əldə etdilər. Bilirsiniz ki, sambo olimpiya idman növü sayılmır. Lakin Azərbaycan prezidenti İlham Əliyevin səyi nəticəsində sambo Avropa Oyunları proqramına daxil edilib. İdmançılarımız da yaxşı nəticələr əldə etdilər. Oyunların sonuna cəmi 5 gün vaxt qalıb. İnanıram ki, qalan günlərdə də medallarımızın sayı artacaq.

Bundan əlavə bildiyiniz kimi, bu gün Beynəlxalq Olimpiya Günüdür. Biz adətən bu günü ayrıca qeyd edirdik, müxtəlif tədbirlər, marafonlar keçirirdik. Ancaq bu dəfə Avropa Oyunları ölkəmizdə keçirildiyindən, Beynəlxalq Olimpiya Gününü ayrıca qeyd etməyə lüzum görülmədi. Çox sevinirik ki, Avropanın müxtəlif ölkələrinin idmançıları da bu günü bizimlə birlikdə qeyd edir”.

Çıxış bitdikdən sonra mükafatçılar xüsusi şərəf lövhəsinə imza atıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm